Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:24

Human Rights Watch: ‘Trump-ın ritorikası dünya avtoritarlarını cəsarətləndirir’


Misir lideri Abdel Fattah al-Sisi (solda) və ABŞ prezidenti Donald Trump Ağ Evdə, 3 aprel, 2017
Misir lideri Abdel Fattah al-Sisi (solda) və ABŞ prezidenti Donald Trump Ağ Evdə, 3 aprel, 2017

Human Rights Watch (HRW) insan haqları təşkilatı bildirir ki, Birləşmiş Ştatlar da daxil nüfuzlu demokratiyalarda populist təbliğat nəticəsində artan dözümsüzlük dünya boyunca avtoritar hakimiyyətləri insan haqları pozuntuları törətməyə cəsarətləndirir.

Özünün yanvarın 18-də açıqlanmış illik hesabatında ABŞ-da mənzillənmiş QHT bildirir ki, mühacirlərin hədəflənməsi və başqa populist siyasətlər demokratik ölkələrdə və avrtoritar rejimlərin hakimiyyətdə olduğu dövlətlərdə azlıqların hüquqlarına “böyük təhlükə” yaradır.

HRW-in icraçı direktoru Kenneth Roth xüsusilə də ABŞ prezidentindən danışaraq deyib ki, Donald Trump “irqçilik, qadınlara nifrət, ksenofobiya əleyhinə bütün tabuları pozub”.

Vladimir Putin (sağda) və Filippin prezidenti Rodrigo Duterte Kremldə
Vladimir Putin (sağda) və Filippin prezidenti Rodrigo Duterte Kremldə

Roth deyib ki, Trump-ın belə ritorika və siyasətləri Birləşmiş Ştatlardan kənarda çox böyük fəsadların yaranmasına səbəb olur.

Roth bunu da əlavə edib ki, Trump-ın Rusiya prezidenti Vladimir Putin, Misir lideri Abdel-Fattah el-Sisi və Filippinin prezidenti Rodrigo Duterte kimi “güclü kişilərə hədsiz heyranlığı” var:

“Trump-ın bu adamları “yaxşı uşaqlar” adlandırması belə avtoritar liderlərin pislənməsini çətinləşdirir”.

Hesabat demokratik hökumətləri ksenofobiya və islamofobiyanı qızışdıran, populizmin çiçəklənməsinə şərait yaradan gəlir bərabərsizliyi, artan miqrasiya və terror xofu kimi problemləri həll etməyə çağırır.

Roth deyib ki, avtoritar populistlər bütün problemlərin səbəbi kimi miqrantları “qurbanlıq keçiyə” çevirirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG