Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:10

Trump brifinq keçirəndə Ağ ev yaxınlığında bir nəfərə atəş açılıb


Təhlükəsizlik zabiti prezidenti müşayiət edir
Təhlükəsizlik zabiti prezidenti müşayiət edir

Avqustun 10-da Ağ ev yaxınlığında Gizli Xidmət zabitinə yaxınlaşan şəxs güllələnib. Gizli Xidmət bildirir ki, həmin şəxs zabitə silahı olduğunu deyib, atəş açmaq pozası alıb.

51 yaşlı şəxsin bədəninə atəş açıldığı, şübhəli və zabitin xəstəxanaya aparıldığı bildirilir. Gizli Xidmət bəyanatında onların vəziyyəti haqda bir söz demir.

Bu insident Ağ evin brifinq otağında gərginlik yaradıb. O zaman Prezident Donald Trump ABŞ-ın koronavirusla mübarizəsinə dair brifinqə başlayırdı.

Gizli Xidmət əməkdaşı agenti otağa girərək prezidentə deyib: “Ser, mənimlə gələ bilərsinizmi?” Bundan sonra Trump və Ağ ev əməkdaşları otaqdan çıxıb.

Daha sonra qayıdaraq mətbuat konfransını davam etdirən prezident vəziyyətin nəzarətdə olduğunu deyib.

Gizli Xidmətin məlumatına görə, bir kişi küçənin tinində dayanan zabitə yaxınlaşaraq onda silah olduğunu deyib. Kişi “aqressiv şəkildə zabitə doğru qaçıb”, paltarından nəsə çıxarmaq istəyib.

“O daha sonra sanki silahdan atəş açacaq kimi poza alıb”, – bəyanatda deyilir. Bundan sonra zabit ona atəş açıb.

Mayın sonunda və iyunda irqi ədalət tələb olunan etirazlardan dolayı Ağ ev ətrafında təhlükəsizlik gücləndiriblib.

3 noyabr seçkisində təkrar seçilmək istəyən prezident deyib ki, atışmanın “mənlə heç bir əlaqəsi olmaya bilər”. O, Gizli Xidmətin işini tərifləyib.

“Onlar işlərini əla görürlər, yüksək təlim görüblər”, – o deyib.

***

Ağ Evin təhlükəsizlik xidməti avqustun 10-da keçirilən brifinq vaxtı prezident Donald Trump-ı qısa müddətdə evakuasiya edib.

Buna səbəb Ağ Evin yaxınlığında atəş səslərinin eşidilməsi idi.

Trump bir neçə dəqiqədən sonra brifinq otağına qayıdıb və bayırda atəş açıldığını təsdiqləyib:

"Ağ Evin bayır tərəfində atışma olub, amma belə görünür ki, vəziyyət nəzarət altındadır. Mən Məxfi Xidmətə təşəkkürümü bildirirəm. Onlar həmişə işlərini çevik və səmərəli görürlər”.

Məxfi Xidmət Twitter-də yazıb ki, 17-ci Küçə ilə Pensilvaniya Avenyunun kəsişməsində bir zabitin iştirakı ilə atışma olub.

Bu da bildirilib ki, baş vermiş atışma ilə bağlı təhqiqat davam edir və bütün insident ərzində Ağ Evin təhlükəsizliyi pozulmayıb.

Məxfi Xidmət bildirir ki, “bir kişi” və xidmətin bir zabiti xəstəxanaya aparılıb.

Administrasiyanın vəzifəli şəxslərindən biri bildirib ki, atəş açan kişi saxlanıb.

CNN xəbər verir ki, insident baş verəndə Trump brifinq otağında idi. Bu vaxt təhlükəsizlik zabiti ona yaxınlaşıb və prezidenti təhlükəsiz yerə müşayiət edib.

Trump qayıtdıqdan sonra deyib ki, o öz iş otağına aparılmışdı.

Prezident bildirib ki, Ağ Ev kompleksinin təhlükəsizliyi pozulmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG