Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 14:30

Apellyasiya məhkəməsi Trump-ın miqrant qadağanını bərpa etmədi


Xəbər verildiyinə görə, ABŞ-ın apellyasiya məhkəməsi bundan əvvəl Donald Trump tərəfindın imzalanmış fərmanın qüvvəsini bərpa etməkdən imtina edib.

Bu fərman əhalisi əsas etibarilə müsəlman olan 7 ölkənin vətəndaşlarına ABŞ-a gəlməyi qadağan etmişdi.

Prezident Trump məhkəmənin qərarını Facebook-da şərh edib: “Məhkəmədə görüşərik. Söhbət ölkəmizin təhlükəsizliyindən gedir” – yazıb Trump.

Apellyasiya məhkəməsinin qərarında həmçinin deyilir ki, hakimlər məsələnin müxtəlif tərəflərinə baxıblar və milli təhlükəsizliyə hədə olduğuna dair prezident administrasiyası tərəfindən verilmiş “bircə dənə də olsun təsdiq” tapmayıblar.

Eyni zamanda ölkə rəhbərliyi bu qadağan siyahısındakı ölkələrin heç olmasa bircə vətəndaşı tərəfindən ABŞ ərazisində terror aktlarının hazırlanmasına dair heç bir sübut təqdim etməyib.

ABŞ Ədliyyə Nazirliyi bəyan edib ki, məhkəmənin çıxardığı qərarı nəzərdən keçirir və sonrakı addımları barədə düşünür.

Ötən həftə ABŞ Ədliyyə Nazirliyi Sietl hakiminin prezidentin miqrantlar barədə fərmanının qüvvəsinin dayandırılmasına dair çıxardığı qərarla bağlı Ali Məhkəməyə təcili apellyasiya müraciəti etmişdi.

Nazirliyin apellyasiya müraciətində deyilirdi ki, məhkəmə qadağanı prezidentin milli təhlükəsizliyin qorunmasına yönəlmiş fərmanını “şübhə altına alır” və fərmanların icrası sistemini “təhrif” edir.

Bu sənəddə habelə qeyd olunurdu ki, prezident Konstitusiyaya uyğun olaraq ölkəyə gəlişə müvəqqəti qadağan qoya bilər.

Vaşinqton ştatının baş prokuroru Bob Ferguson Trump-ın fərmanının qanuniliyini şübhə altına alırdı. O deyib ki, qadağanın dayandırılması bir daha ABŞ Konstitusiyasının aliliyini isbat edib. “Heç kəs, hətta prezident də qanundan yüksəkdə dayana bilməz” - deyib Ferguson.

Bundan əvvəl federal hakim James Robart prezident Trump-ın 27 yanvar tarixli fərmanının qüvvəsini dayandırmışdı.

Bu fərman ABŞ ərazisinə - İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının gəlişini qadağan edirdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG