Keçid linkləri

Təcili xəbərlər
2023, 10 Dekabr, bazar, Bakı vaxtı 13:46

Trump-ın SSRİ-nin Əfqanıstana müdaxiləsi barədə dedikləri tənqid olunur


Sovet əsgərləri Əfqanıstanda
Sovet əsgərləri Əfqanıstanda

AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, ABŞ prezidenti Donald Trump-ın Sovet İttifaqının Əfqanıstanı az qala on il müddətində işğal etməkdə “haqlı” olduğunu deməsi bir çox əfqan tərəfindən mənfi qarşılanıb. ABŞ prezidentinin Moskvanın Əfqanıstana müdaxiləsinə haqq qazandırması da tənqidlərə səbəb olub.

Trump sözü gedən ziddiyyətli bəyanatları yanvarın 2-də keçirdiyi kabinet iclasında səsləndirib. O bu iclasda ABŞ qoşunlarının uzun müddət Əfqanıstanda olmasını tənqid edirdi. O deyib ki, Moskvanın 9 illik sovet-əfqan müharibəsinə girişməsi Sovet İttifaqının iflası və dağılması ilə bitib. Trump regionun başqa ölkələrini də Əfqanıstandakı ekstremistlərə qarşı vuruşmağa çağırıb.

"Rusiya bir vaxtlar Sovet İttifaqı idi. Əfqanıstan onu Rusiyaya çevirdi, çünki onlar Əfqanıstanda döyüşməklə müflisləşdilər. Rusiyanın Əfqanıstana girməsi onunla bağlı idi ki, terrorçular Rusiyaya soxulurdular. Sovetlər ora müdaxilə etməklə düz hərəkət etmişdilər”.

Sovet İttifaqında keçirilən may nümayişində "imperializmdən Əfqanıstan əl çəkməyi" tələb edən plakat (1 may 1980)
Sovet İttifaqında keçirilən may nümayişində "imperializmdən Əfqanıstan əl çəkməyi" tələb edən plakat (1 may 1980)

​Sovet İttifaqının 1979-cu ilin Milad bayramı ərəfəsində Əfqanıstana müdaxilə etməsinin geniş qəbul edilmiş versiyasına görə sovetlər bu ölkəyə oradakı kommunist hökuməti hakimiyyətdə saxlamaq üçün girmişdilər. Sovet liderləri iddia edirdilər ki, bu müdaxilə beynəlxalq qanunlara tamamilə uyğun olub, beləki Sovet İttifaqı ilə Əfqanıstan arasında mövcud olan dostluq müqaviləsi həm də qarşılıqlı hərbi yardımı nəzərdə tuturdu.

Bundan başqa SSRİ özünü “imperializmin” zülmünə məruz qalan müsəlman əfqanların xilaskarı kimi təqdim edirdi.

Sovet silahlı qüvvələri 1989-cu ildə Əfqanıstandan çıxanda bu ölkədə artıq 1 milyon mülki əfqan həlak olmuş, milyonlarla insan evlərindən didərgin düşmüşdü. Bu müharibədə 15 min sovet əsgəri Birləşmiş Ştatlar tərəfindən dəstəklənən qiyamçılarla döyüşlərdə həlak olmuşdu.

Yanvarın 3-də Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani tarixi hadisələrin Trump tərəfindən interpretasiyasını rədd edib.

Əfqanıstan XİN yanvarın 3-də verditiyi bəyanatda Vaşinqtondan diplomatik kanallarla “son şərhlərə” aydınlıq gətirilməsini istənib:

“Sovet İttifaqının Əfqanıstana müdaxilə etməsi nəinki bütün ABŞ prezidentləri tərəfindən pislənib, bu prezidentlər hətta əfqanların “müqəddəs cihadına” dəstək veriblər”.

Belarusda Əfqanıstanda həlak olmuş sovet əsgərlərinin xatirə kompleksi
Belarusda Əfqanıstanda həlak olmuş sovet əsgərlərinin xatirə kompleksi

Hazırda Vaşinqtondakı Atlantic Council analitik mərkəzində araşdırmaçı kimi çalışan keçmiş əfqan diplomat Omar Samad Twitter-də yazdığı mesajda ABŞ prezidentinə sovet-əfqan tarixinə aid biliklərini təzələməyi məsləhət görür.

Əfqanıstan kəşfiyyatının keçmiş rəhbəri Rahmatullah Nabil Trump-ın bəyanatlarına bir neçə tvitlə cavab verib. O bu tvitlərdə Sovet İttifaqının Əfqanıstanda məğlub olmasının Soyuq müharibənin bitməsinə təsiri və Birləşmiş Ştatların Əfqanıstandakı hərbi mövcudiyyətini ixtisar etmək planları məsələsinə toxunur.

Trump sözü gedən bəyənatlarında habelə Rusiya, Pakistan və Hindistanı Əfqanıstandakı Talibana və İslam Dövləti ekstremist qüvvələrinə qarşı mübarizədə iştiraka çağırır.

Bu bəyanatlardan birində Trump Hindsitanın baş naziri Narendra Modinin Əfqanıstandakı bir kitabxanın maliyyələşdirilməsinə dair dediklərini lağa qoyub.

“Modi mənə elə hey deyirdi ki, Əfqanıstanda kitabxana tikib. Bu, bilirsiniz nədir? Bizim beş saata xərclədiyimiz pul qədərdir. Hələ biz buna kitabxanaya görə təşəkkür də eləməliyik? Mən bilmirəm Əfqanıstanda o kitabxanadan istifadə edən varmı?”

Əfqanlar 1979-89-cu il müharibəsindən qalmış sovet hərbi texnikasına baxırlar
Əfqanlar 1979-89-cu il müharibəsindən qalmış sovet hərbi texnikasına baxırlar

Əfqanıstan jurnalistlərindən Parviz Kawa yazır ki, ola bilsin, Trump kitabxana ilə Əfqanıstan parlamentinin binasını səhv salıb. Parlamentin binasını həqiqətən də Hindistan 2015-ci ildə tikib.

Hindistan bildirir ki, o ABŞ 2001-ci ildə Əfqanıstana müdaxilə edəndən bəri bu ölkənin inkişafı üçün 3 milyard dollar vəsait xərcləyib.

Ötən iyulda xəbər verilirdi ki, 2001-ci ildən indiyədək Əfqanıstanda 2300 amerikalı hərbçi həlak olub.

Bu dövr ərzində habelə 30 min dinc sakinin məhv olduğu xəbər verilir.

XS
SM
MD
LG