Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:26

Trump ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını ‘götür-qoy’ edir


Vise-prezisdent Mike Pence deyib ki, prezident Donald Trump hazırda Əfqanıstandakı ABŞ qoşunlarının bir hissəsinin oradan çıxarılmasının “qiymətləndirilməsi prosesindədir”.

Pence-in bu bəyanatından əvvəl verilən xəbərlərdə deyilirdi ki, Trump Pentaqona Əfqanıstandakı ABŞ qoşunlarından 7 min hərbçinin çıxarılması barədə əmr verib. Bu Əfqanıstandakı ABŞ hərbi kontingentinin yarısı deməkdir.

Pence Fox News telekanalındakı çıxışında deyib ki, prezident “bunun dəyərləndirilməsi prosesindədir”.

Halbuki bundan bir gün əvvəl Trump başqa ölkələri – xüsusilə də Rusiya, Pakistan və Hindistanı Əfqanıstanda gedən döyüşlərə qatılmağa dəvət etmişdi. Trump yanvarıəm 2-də keçirilən kabinet iclasındakı çıxışında ABŞ qoşunlarının uzun müddətdir ki, Əfqanıstanda olmasından narazılıq ifadə etmişdi:

“Niyə Rusiya orada yoxdur? Niyə Hindistan orada deyil? Niyə Pakistan orada deyil? Biz niyə, ölkəmizdən 6000 mil uzaqda, oradayıq?”

Bir çox müşahidəçilər bildirirlər ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması oradakı təhlükəsizlik vəziyyətinin pisləşməsinə səbəb ola, habelə 17 illik müharibənin başa çatdırılması məqsədilə Talibanla aparılan danışıqlara pis təsir göstərə bilər.

ABŞ kontingenti NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasının özəyini təşkil edir. Bu missiya Taliban və İslam Dövləti ekstremist qrupuna qarşı vuruşan yerli təhlükəsizlik qüvvələrinin təlimləndirilməsi ilə məşğuldur.

Bundan başqa ABŞ-ın ayrıca 7 minlik əsgəri qüvvəsi Əfqanıstanda antiterror missiyasındadır.

XS
SM
MD
LG