Keçid linkləri

Təcili xəbərlər
2023, 07 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:55

Trump: ABŞ Rusiya ilə 'silahlara nəzarət' müqaviləsindən çıxacaq


Donald Trump, ABŞ prezidenti
Donald Trump, ABŞ prezidenti

ABŞ prezidenti Donald Trump bildirib ki, onun ölkəsi “silahlara nəzarət” lə bağlı Rusiya ilə imzalanmış müqavilədən çıxacaq.

AP, TASS və RİA Novosti agentliklərinin məlumatına görə, Donald Trump Rusiyanı bu müqavilənin şərtlərini pozmaqda günahlandırıb, amma əlavə açıqlama verməyib.

1987-ci ildə tərəflər arasında imzalanan bu müqavilə,500 kilometrdən 5,5 min kilometrədək məsafəni qət edə bilən qanadlı raketlərin istehsalını qadağan edir.

Həmin müqaviləni keçmiş ABŞ prezidenti Ronald Reagan-la Keçmiş Sovet lideri Mikhail Gorbachev imzalayıblar.

Ronald Reagan və Mikhail Gorbachev
Ronald Reagan və Mikhail Gorbachev

Trump belə bir bəyanatla oktyabrın 20-də-özünün milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Boltonun Moskvaya səfəri ərəfəsində çıxış edib.

Bolton Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşməlidir.

ABŞ prezidenti bildirib ki, biz bu razılaşmanı pozmaq fikrindəyik və Rusiya ilə Çin gəlib bizimlə razılaşmayınca biz bu silahları inkişaf etdirəcəyik.

Məlumatlara görə onun bu barədə Rusiya prezidentinə məlumat verəcəyi gözlənir.

ABŞ bildirir ki, bunun əsas səbəbi Rusiyanın Avropada nüvə başlığı daşıya bilən qısa mənzilli raketlər yerləşdirməyə başlamasıdır.

Rusiyanın xarici işlər nazirliyi Trumpın bəyanatını "şantaj" adlandırıb və bunu pisləyib.

Xarici işlər nazirinin müavini Sergei Ryabkov deyib ki, bu, "çox təhlükəli" addım olardı.

XS
SM
MD
LG