Texasdan olan demokrat konqresmen Al Grin-in prezident Donald Trump-a qarşı impicment məsələsi qaldırmaq cəhdi alınmayıb.
Nümayəndələr palatasında keçirilən səsvermədə demokrat deputatlar Respublikaçı həmkarları ilə birlikdə qətnamənin əleyhinə səs veriblər.
Palatanın qaydalarına görə müəyyən vəziyyətlərdə 1 deputat da impicment məsələsi qaldıra bilər.
Məlumata görə Qrin bunu, son günlər Trump-ın tvit-ləri ətrafında yaranmış qalma-qala görə edib.
Nümayəndələr palatası iyulun 16-da həmin tvit-lərə görə ittiham edən qətnamə qəbul edib.
Bir çox konqresmen Trump-ın yazdıqlarını irqçilik sayır.
Qeyd edək ki, Donald Trump iyulun 14-də özünün Tvitter səhifəsində Konqresin bir neçə qadın üzvünü, ABŞ administrasiyasına necə işləməyi göstərməkdənsə, əslən olduqları, gəldikləri ölkələrdə korrupsiya ilə mübarizə aparmağı məsləhət görüb.
Amma məsələ burasındadır ki, bu qadın deputatlardan 3-ü ABŞ-da doğulub.
Qətnamənin demokratların çoxluq təşkil etdiyi Nümayəndələr palatasında keçməməsinə gəldikdə isə palatanın sədri Nensi Pelosi hesab edir ki, buna yaxşı hazırlaşmaq və güclü ictimai dəstək lazımdır.