Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:34

Trump-a istifadəçiləri Twitter-də bloklamaq qadağan edilib


Nyu Yorkun apellyasiya məhkəməsi ABŞ prezidenti Donald Trump-a xoşuna gəlməyən istifadəçiləri özünün Twitter hesabından bloklamağı qadağan edən aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məhkəmə bu qərarı ABŞ Konstitusiyasına birinci düzəlişə uyğun olaraq qəbul edib.

Konstitusiyanın bu müddəası ABŞ vətəndaşlarına söz azadlığı verir.

Hakim Barrington Parker deyib ki, “məmur şəxsi rəyləri ilə razılaşmadığı adamları açıq dialoqdan xaric edə bilməz”.

Bundan əvvəlki məhkəmə qərarı ABŞ Ədliyyə Nazirliyi tərəfindən tənqid edilmişdi.

Nazirlik israr edirdi ki, Trump özünün şəxsi səhifəsində müxtəlif məsələlərə dair öz fikirlərini ifadə edir və buna görə bu platforma seçkili dövlət xadimi ilə ictimai diskussiya meydanı ola bilməz.

İndi isə apellyasiya məhkəməsi bu iradları rədd edib və bildirib ki, Trump-ın Twitter hesabı “ictimai platformanın” bütün əlamətlərinə malikdir. Beləki ABŞ prezidenti bu hesabdan öz siyasəti ilə bağlı bəyanatlar verir.

Bu da xəbər verilir ki, Donald Trump-a qarşı məhkəmə iddiası 7 Twittter istifadəçisi tərəfindən verilmişdi.

Deyilənlərə görə, Trump bu istifadəçilərin mənfi rəylərinə görə onların öz səhifəsinə girişini məhdudlaşdırmışdı.

Donald Trump-ın Twitter-dəki şəxsi səhifəsinin 62 milyon izləyicisi var.

İnternetdə ABŞ prezidentinin rəsmi hesabı da var, lakin bu hesab daha az populyardır və Trump ondan daha az istifadə edir.

Ədliyyə Nazirliyi məhkəmə qərarından məyusluğunu bildirib və bəyan edib ki, növbəti hüquqi addımlarını götür-qoy edir.

Ağ Ev şərh verməkdən imtina edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG