Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Trump-ın İranı vurmasını çətinləşdirən təklif qəbul edilib, amma...


ABŞ Nümayəndələr Palatası prezident Donald Trump-ın İrana qarşı hərbi hərəkətə keçmək səlahiyyətini məhdudlaşdıracaq təklifi qəbul edib.

İyulun 12-də qəbul edilmiş bu təklifə görə Trump İrana hər hansı zərbə endirməzdən əvvəl Konqresin razılığını almalı olacaq.

Bu təklif demokratların çoxluğa malik olduqları Nümayəndələr Palatasından 251 leyhinə, 170 əleyhinə nisbəti ilə keçib.

Təklifin qəbul olunmasına 20-dən çox respublikaçı da dəstək verib. Təklif Nümayəndələr Palatasının müdafiə xərcləri qanununa əlavə olunmaqla Trump-ın rekord 750 milyard dollarlıq müdafiə büdcəsi təklifinin 17 milyardını kəsəcək.

İndi respublikaçılar çoxluğa malik olduğu üst palata – Senatda Trump-ın İrana zərbələr endirməsini məhdudlaşdıran müddəanın yekun müdafiə qanununa daxil edilməsinə müqavimət göstəriləcəyi gözlənilir.

Trump bildirmişdi ki, o, ABŞ dronunun İran tərəfindən vurulmasından dərhal sonra az qala Tehrana hərbi zərbələr endirəcəkdi, lakin son anda bu fikrindən daşınıb.

Birləşmiş Ştatlar dronun beynəlxalq hava məkanında vurulduğunda israr etsə də, Tehran pilotsuz təyyarənin onun hava məkanında vurulduğunu bildirirdi.

İyun ayında Senat Trump-ın İrana zərbə endirmək səlahiyyətini məhdudlaşdıran buna bənzər təklifi rədd etmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG