Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:39

Trump Britaniyanın baş nazirini və səfirini kəskin tənqid edib


ABŞ prezidenti Donald Trump Britaniyanın baş naziri Theresa May-i və bu ölkənin Birləşmiş Ştatlardakı səfirini kəskin tənqid edib.

İyulun 8-də London səfirin məxfi memolarının sızması ilə bağlı təəssüfünü ifadə etmişdi.

Bu memolarda Britaniya səfiri Trump-ın administrasiyasını “köntöy” və “yarıtmaz” adlandırmışdı.

Yazdığı bir neçə tvitdə Trump bildirib ki, səfir Kim Darroch “ABŞ ərazisində xoşlanan və haqqında yaxşı rəy olan birisi deyil”.

Trump-ın tvitlərindən əvvəl Theresa May bildirmişdi ki, öz ölkəsinin diplomatına tam etimadı var, hərçənd onun fikirləri ilə razı deyil.

Britaniyanın Xarici İşlər Nazirliyi iyulun 7-də bildirib ki, bu memoların internetə sızmasının təfərrüatlarını araşdıracaq.

2017-ci ildən indiyədək müddəti əhatə edən memolarda Darroch yazmışdı ki, ABŞ administrasiyası “diplomatik baxımdan yöndəmsiz və yarıtmazdır”.

Britaniyanın ABŞ-dakı səfiri Kim Darroch
Britaniyanın ABŞ-dakı səfiri Kim Darroch

Səfir habelə qeyd edirdi ki, bu administrasiyanın “əsaslı şəkildə daha normal, daha işlək, daha proqnozlaşdırılan və daha az ixtilaflı olacağına ümid azdır”.

Bununla belə London memoların dəqiqliyini inkar etməyib.

Nyu Cersi ştatından Vaşinqtona qayıdan Trump deyib ki, səfir Darroch "Birləşmiş Krallığa heç də yaxşı xidmət göstərməyib”:

“Biz o adamı çox da xoşlamırıq. Mən onun haqqında bəzi şeyləri deyə bilərəm, amma lazım bilmirəm”.

XS
SM
MD
LG