Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:08

Trump İranın ABŞ casuslarını tutduğu barədə bəyanatını rədd edib


ABŞ prezidenti Donald Trump İranın guya Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yaratdığı casus şəbəkəsini dağıtdığına, 17 şübhəlinin həbs olunduğuna və onlardan bəzilərinin ölüm cəzasına məhkum edildiyinə dair iddialarını qətiyyətlə rədd edib.

Trump iyulun 22-də Twitter-də yazıb:

"MKİ casuslarının yaxalanması barədə İranın verdiyi məlumat saxtadır. Sıfır həqiqətdir. Çox Pis İflasa Uğrayan və nə edəcəyini bilməyən Dini Rejimin uydurduğu yalan və təbliğatdır (onların dron vurması kimi).”

İranın Kəşfiyyat Nazirliyi iyulun 22-də bildirmişdi ki, İranın təhlükəsizlik xidmətləri iyulun 18-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “casus şəbəkəsini” ifşa edib:

“Onlardan bəziləri ölüm cəzasına və bəziləri isə uzunmüddətli həbsxana cəzasına məhkum ediliblər”.

Nazirliyin məlumatında adlar çəkilmir.

Bəyanatda deyilir ki, “müəyyənləşdirilmiş agentlər iqtisadiyyatda, nüvə sənayesində və infrastrukturdakı özəl sektorların həssas sahələrində çalışırdılar və məxfi məlumatları toplayırdılar”.

İran dövlət mediasının xəbərlərinə görə sözü gedən şübhəlilər 2019-cu ilin martında həbs ediliblər.

İranın dövlət mediası habelə İrandakı casuslarla əlaqədə olduqları iddia edilən “MKİ zabitlərinin” fotolarını dərc edib.

ABŞ dövlət katibi Mike Pompeo da iyulun 22-də televiziya ilə çıxşında İranın iddialarını rədd edib və bildirib ki, “bu rejimin uzun bir yalançılıq tarixçəsi” var.

Bu məlumatdan əvvəl İran və ABŞ arasında Fars körfəzində gərginlik yaşanırdı.

Trump başqa ölkələri dəfələrlə İranın burada azad naviqasiya və qlobal ticarəti pozmasını pialəməyə çağırıb.

Ötən həftə İran Hörmüz boğazında Britaniyanın tankerini saxlayıb. Bundan əvvəl Britaniya dəniz piyadaları Cəbəllütariq sahilində Avropa İttifaqı sanksiyalarını pozmaqla Suriyaya neft daşıdığı iddia edilən İran tankerini saxlamışdılar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG