Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:22

Trump deyir ki, İD-ə qarşı Rusiya, İran, Türkiyə də vuruşmalıdır


ABŞ prezidenti Donald Trump deyib ki, başqa ölkələr də İslam Dövləti (İD) ekstremist təşkilatına qarşı mübarizəyə qoşulmalıdır. O Əfqanıstan, İran, Pakistan və Rusiyanın adlarını çəkib.

Avqustun 21-də jurnalistlərin onun İD-in dirçəlişindən narahat olub-olmamasına dair sualına cavab verərkən Trump deyib ki, ABŞ qüvvələri “xilafəti 100 faiz süpürüb atıb”.

Bu ilin əvvəllərində ABŞ-ın dəstəklədiyi qüvvələr İD-in Suriyadakı son istehkamı olan ərazini cihadçılardan azad edib.

Trump administrasiyası Suriya və İraqdakı ABŞ hərbçilərinin sayını azaldandan sonra ekstremistlərin təkrar qruplaşacağından narahatlıq yaranıb.

Bu arada ABŞ və Taliban danışıqçıları bəzi xəbərlərə görə Əfqanıstandakı 18 illik müharibəyə son qoyacaq sazişin əldə olunmasına yaxındırlar.

Belə bir saziş ABŞ-ın öz qoşunlarını Əfqanıstandan çıxarmasına yol açardı.

Trump Ağ Evdə jurnalistlərə deyib:

“Müəyyən məqamda Rusiya, Əfqanıstan, İran, İraq, Türkiyə də öz mübarizələrini aparmalı olacaqlar. Müəyyən məqamda İD-in olduğu bu ölkələrin hamısı ona qarşı döyüşməli olacaq. Biz orada bundan sonra da 19 il qalaqmı? Mən belə düşünmürəm”.

Trump Hindistan və Pakistanın adlarını cəbhə xətti kimi ayrıca çəkərək deyib ki, onlar silahlı qruplaşmalara qarşı zəif mübarizə aparırlar:

"Hindistana baxın, onlar döyüşmürlər. Onlar vuruşurlar, amma çox az...Bu ədalətli hal deyil...Birləşmiş Ştatlar oradan 7 min mil aralıdır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG