Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:23

Trudeau Putini G7-də görmək istəmədiyini bildirib


Justin Trudeau
Justin Trudeau

Kanada Rusiyanın Böyük yeddilər – G7 qrupunun sammitinə qatılmasına qarşıdır.

Belə bir ideya ilə bir gün əvvəl ABŞ prezidenti Donald Trump çıxış etmişdi.

Reuters agentliyinin yazdığına görə Kanadanın baş naziri Justin Trudeau deyib ki, Moskva beynəlxalq qanunlara qarşı sayqısızlığını davam etdirir:

"Rusiya G7 qrupundan bir neçə il bundan əvvəl Krıma müdaxilə etdiyinə görə, beynəlxalq qanun və normalara hörmətsizliyinə və sayqızılığına görə xaric edilib və bu səbəbdən də G7 qrupundan kənarda qalıb və qalmaqda davam edəcəkdir”.

ABŞ prezidenti Donald Trump mayın 30-da demişdi ki, o, G7 liderlərinin sammitini sentyabradək təxirə salacaq və bu tədbirdə Avstraliya, Rusiya, Cənubi Koreya və Hindistanın da iştirakını görmək istərdi.

Trump belə bir təkliflə çıxış etdiyini iyunun 1-də Rusiya prezidenti Vladimir Putinə də onunla telefon söhbəti zamanı bildirmişdi.

Kanada baş naziri “Putin bu tədbirə qatılarsa, sammiti boykot edib-etməyəcəyi” barədə suala cavab verməyib, amma bildirib ki, sammitə qədər hələ “bir çox müzakirələrə” ehtiyac var.

G7 “müttəfiqlər və dostlarla səmimi söhbət” üçündür

Trudeau bunu da əlavə edib ki, Rusiyanın üzv olduğu G20 qrupu da var və “biz orada yaxşı münasibətimiz olmayan üzvlərlə də görüşürük”.

Onun fikrincə, G7-yə gəlincə, bu “müttəfiqlərin və dostların səmimi söhbət yeridir və o bunun belə davam etməsini istərdi”.

Dünyanın ən çox sənayeləşmiş ölkələrinin G7 qrupuna ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Britaniya daxildir.

Rusiya əvvəllər G8 adlanan bu qrupun üzvlüyündən 2014-cü ildə Moskva Krım yarımadasını Ukraynadan qanunsuz ilhaq etdikdən sonra prezident Barack Obamanın təşəbbüsü ilə xaric edilib.

Trump Rusiya prezidenti ilə yaxşı münasibətlərə can atdığına görə bir qayda olaraq demokratlar tərəfindən tənqid edilir.

The Hill qəzeti yazır ki, Nümayəndələr Palatasının demokratları bu yaxınlarda prezidentdən Rusiyaya 5, 6 milyon dollarlıq süni tənəffüs aparatlarının göndərilməsi səbəbi barədə izahat istəyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG