Kanadanın yeni baş naziri seçilmiş Justin Trudeaunun noyabrın 4-də andiçmə mərasimi keçirilib.
43 yaşlı Trudeau Kanadanın 23-cü baş naziridir. O ölkənin tarixində ən gənc ikinci baş nazir, bundan başqa keçmiş baş nazirin oğludur.
Trudeau kabinetdə vəzifələrin kişilərlə qadınlar arasında bərabər bölünməsinin tərəfdarıdır.
Bunun səbəbini soruşanda o buna belə cavab verib: ”Çünki 2015-ci ildir”.
Nazirlər kabinetində baş nazir də daxil olmaqla 31 nazir var.
Qeyd edək ki, çərşənbə axşamı Kanadada keçirilən parlament seçkilərində Trudeaunun rəhbərlik etydiyi Liberal partiyası qalib gəlib.
O bununla Mühavizəkar partiyasından olan keçmiş baş nazir Stephen Harper hökumətinin təxminən 10 illik hakimiyyətinə son qoydu.
Keçmiş məktəb müəllimi olan Trudo ilk dəfə parlamentə 2008-ci ildə seçilib və 2013-cü ildə Liberllar partiyasının sədri seçilib.
Liberallar partiyası 2006-cı ildən bu yana üç dəfə dalbadal seçkilərdə Mühafizəkarlar partiyasına məğlub olub.
O səçki kampaniyası ərəfəsində varlılar üçün vergilərin artırılması, orta təbəqə üçünsə əlsinə azaldılması, habelə iqtisadiyyatı bərpa etmək üçün infrastruktur xərclərinin artırılması və ABŞ-la münasibətlərin yaxşılaşdırılmasını vəd eləyib.