Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:24

Taxıl böhranı bir aya həll olunmasa... Rusiyaya yeni sanksiyalar


Odessa vilayətində buğda terminalı
Odessa vilayətində buğda terminalı

Çavuşoğlu isə deyib ki, Türkiyə Rusiyanın, yaxud başqa bir ölkənin oğurladığı buğdanın öz ərazisinə gətirilməsinə icazə verməyəcək

Türkiyə Rusiyanın işğal dövründə Ukrayna buğdasını oğurlaması iddialarını araşdıracağını vəd edib. Britaniyanın Xarici işlər naziri Liz Trass isə “təcili” qlobal ərzaq böhranında yardım təklif edib.

Trass iyunun 23-də Ankarada türkiyəli həmkarı Mevlut Çavuşoğlu ilə görüşdən sonra deyib ki, qlobal taxıl böhranı “növbəti bir ay ərzində həll olunmalıdır, əks halda fəlakətli nəticələrlə üzləşə bilərik”.

Təhlükəsiz keçid

Beynəlxalq ictimaiyyət Rusiyaya müraciət edərək Ukrayna taxılının ixracına icazə verməyə çağırır. Kiyev isə Moskvanı Qara dəniz limanlarını bloklamaqda suçlayır.

Bu iki ölkə dünyada ən böyük buğda ixracatçılarıdır və qlobal ərzaq təhlükəsizliyinin təminatında vacib rol oynayırlar. Rusiyanın Ukraynaya hücumunun taxıl təchizatında yaratdığı pozuntular qlobal ərzaq qiymətlərində kəskin artıma səbəb olub.

“Ukrayna limanlarının qorunmasının, kommersiya gəmiləri üçün təhlükəsiz keçidin vacibliyi çox aydın məsələdir. Birləşmiş Krallıq bütün bu cəbhələrdə, buğdanın təhlükəsiz çıxması üçün tədbirlər görülməsində öz təcrübəsini təklif edir, ancaq bundan ötrü beynəlxalq səylər lazımdır”, – Trass vurğulayıb.

Çavuşoğlu isə deyib ki, Türkiyə Rusiyanın, yaxud başqa bir ölkənin oğurladığı taxılın öz ərazisinə gətirilməsinə icazə verməyəcək.

Rusiyaya yeni sanksiyalar

Britaniya Ukraynaya səbəbsiz təcavüzə görə Rusiyaya yeni ticarət və maliyyə sanksiyaları açıqlayıb.

Sanksiyalara bir sıra məhsul və texnologiyaya ixrac, aviayanacağa ixrac qadağaları daxildir.

Qadağan edilən məhsulların siyahısında daxili repressiya üçün nəzərdə tutulan məhsul və texnologiya; kimyəvi və bioloji silahlardan istifadə edilən məhsul və texnologiya; dənizçilik məhsulları və texnologiyası; neft emalı məhsulları və texnologiyası; vacib sənaye məhsulları və texnologiyası da yer alıb.

Dəmir və polad idxalı ilə bağlı da qadağalar nəzərdə tutulur.

Yeni məhdudiyyətlərin bəziləri həm Rusiyaya, həm də Moskvanın dəstəklədiyi separatçıların nəzarətində olan Ukrayna ərazilərinə aiddir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG