Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 00:26

Vahid Əhmədov: 'Korrupsiyanı rəsmilər inkar etmirlər'


Vahid Əhmədov

«Korrupsiya ilə mübarizə bu gün də bizim üçün problem olaraq qalır və bunu dövlət rəsmiləri heç inkar da etmirlər».

Deputat Vahid Əhmədov «Beynəlxalq Şəffaflıq» (Transparency International) təşkilatının illik Korrupsiyanı Qavrama İndeksində Azərbaycanın ötən illə müqayisədə bir qədər də geriləyərək, 119-cu yerdən 123-cü yerdə qərarlaşmasına münasibət bildirərkən belə deyib.

«KORRUPSİYA ARTIB»

O, AzadlıqRadiosuna bildirib ki, Azərbaycan korrupsiya ilə mübarizə yönündə bəzi addımlar atıb: «Amma baxmayaraq ki, bununla bağlı qanunlar qəbul etmişik, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir, prezidentin yanında, Ramiz Mehdiyevin rəhbərliyi altında korrupsiya ilə əlaqəli xüsusi komissiya fəaliyyət göstərir, hələlik, korrupsiyanın ləğvinə nail ola bilməmişik. Əksinə, faktlar Azərbaycanda korrupsiyanın çoxaldığını göstərir. Xüsusən də, bir sıra nazirliklərdə baş verən hadisələr, Beynəlxalq Bankla bağlı gedən proseslər buna bariz misaldır. Ona görə də həmin sənəddə Azərbaycanın yeri daha da düşüb».

Buna da bax-Azərbaycan korrupsiyada Cibuti, Syerra-Leone, Laos və Hondurasla bir sırada

Hərçənd, deputat sənədi hazırlayan «Transparency International» təşkilatının Azərbaycana ikili standartla yanaşmasından da şübhələnir: ««ASAN-xidmət»in yaradılması ilə korrupsiyaya qarşı mübarizə güclənib. Bu xidmətin əhatə etdiyi sahələrdə, demək olar ki, korrupsiya yoxdur. Bu, ciddi məqamdır. Bütün lisenziyaların verilməsi artıq «ASAN-xidmət»in vasitəsilə gerçəkləşdirilməlidir. Orda külli miqdarda korrupsiya halları baş verirdi».

Vahid Əhmədov: 'Faktlar Azərbaycanda korrupsiyanın çoxaldığını göstərir'
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00
Direct-ə keçid

«SİYASİ İRADƏ VAR»

Amma bununla belə, deputat korrupsiyanın hələ də qaldığını etiraf edir və onunla mübarizə məqsədilə ciddi addımlar atılmalı olduğunu bir neçə dəfə təkrarlayır.

Vahid Əhmədov bu işdə ictimaiyyətin, eləcə də qeyri-hökumət təşkilatlarının iştirakını vacib sayır. AzadlıqRadiosunun «Korrupsiya ilə mübarizədə daha önəmli rolu hökumət oynamalıdır, bunun üçün də ortada hakimiyyətin siyasi iradəsi olmalıdır. Sizcə, hökumətin siyasi iradəsi varmı» sualını deputat belə cavablandırıb: «Siyasi iradə var. Bu olmasaydı, islahatlara start verilməzdi. 2017-ci ildə Azərbaycanda çox ciddi islahatlar, struktur, institusional, kadr islahatları keçirilməlidir».

AzadlıqRadiosu, hələlik, sənədlə bağlı digər deputatlardan, o cümlədən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən mövqe ala bilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG