Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Pashinian hökumət rəsmilərini Bakıya göndərir


Nikol Pashinian
Nikol Pashinian

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazir Nikol Pashinian-ın qərarı ilə Ermənistan nümayəndə heyəti Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (Transport Corridor Europe-Caucasus-Asia - TRACECA) təşkilatının hökumətlərarası komissiyasının 14-cü sessiyasında iştirak etmək üçün Bakıya göndərilir.

Bu tədbir əsnasında habelə bu strukturun yaradılmasının 20-ci ildönümü qeyd olunmalıdır.

Ermənistan nümayəndə heyətinin tərkibinə ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Armen Simonyan, bu nazirliyin texniki siyasət şöbəsinin rəhbəri Arman Karapetyan, habelə Ermənistan XİN-in müşaviri Artyom Aznauryan daxildirlər.

Tədbir Bakıda dekabrın 4-7-də keçiriləcək.

İngiliscə qısa adı TRACECA olan layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin - 5 Mərkəzi Asiya və 3 Cəbuni Qafqaz respublikasının iştirakı ilə qəbul edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG