►Prezident İlham Əliyev yeni yaratdığı Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibini açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, oktyabrın 21-də bununla bağlı verilən fərmanda şuranın tərkibi belədir:
Koordinasiya Şurasının sədri
Şahin Mustafayev - İqtisadiyyat və sənaye naziri.
Koordinasiya Şurasının üzvləri:
Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin sədri
Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi
Qüdrət Qurbanov - Dövlət Dəniz Administrasiyasının rəisi
Musa Pənahov - Nəqliyyat nazirinin müavini
Toğrul Musayev - Ədliyyə nazirinin müavini
Xələf Xələfov -Xarici işlər nazirinin müavini
Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Rauf Vəliyev - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Elşad Nəsirov - Dövlət Neft Şirkətinin vitse-prezidenti
Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru.
Buna da bax: "O qədər rüşvət istədilər, müflis oldum"
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında fərman imzalayıb.