Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

“Şimal” stansiyasında yanğın baş verib


Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov gəlib
Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov gəlib

Bu gün, noyabrın 13-də Şüvəlan qəsəbəsindəki “Şimal” Elektrik Stansiyasında yangın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yanğın stansiyasının ərazisindəki ehtiyat transformatorda baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin dərhal əraziyə cəlb olunduğu, operativ tədbirlər nəticəsində yanğının söndürüldüyü bildirilir.

Nazir yanğın yerində...

Məlumatda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nazirliyin digər rəhbər şəxsləri ilə birgə yanğın yerinə gəldiyi qeyd edilir.

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) məlumatında isə bildirilir ki, baş vermiş yangın ümumi enerji sisteminin fəaliyyətinə təsir göstərməyib.

XS
SM
MD
LG