Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 20:44

Trampın impiçtmenti reallaşa bilər, əgər...


Adam Schiff

Əgər Donald Trampın Ukrayna prezidentinə təzyiqlər göstərməsi təsdiqini taparsa ABŞ prezidentinin impiçmenti reallığa çevrilə bilər.

Bazar günü CNN-də belə bir açıqlama ilə Nümayəndələr Palatası kəşfiyyat komitəsinin rəhbəri Adam Schiff çıxış edib.

Əgər prezident Ukraynaya hərbi yardımın göstərilməsinə maneə törədib və eyni zamanda qorxutma yolu ilə xarici liderin prezident seçkisi zamanı hansısa qanunsuzluqla onun rəqibində "çirk" tapmasına çalışırsa, impiçment belə bir qəzəbə yeganə cavab ola bilər- deyə Schiff bildirib.

Trumpla Ukrayna Prezidenti Zelensky arasında telefon danışığı ABŞ-da mətbuatın diqqət mərkəzindədir. Məlumatlara görə, Trump administrasiyası həmin məlumat yazısını Konqresə verməkdən imtina edir. İddia olunur ki, guya Tramp telefon danışığı zamanı Zelensky-dən Bidenə qarşı iddiaları araşdırmağı tələb edib.

Demokrat senator Chris Murphy, NBC-dəki "Mətbuatla görüş" proqramında danışaraq, Konqresin məlumatlı bir adamı eşitməli olduğunu söyləyib və deyib ki, iddialar yaxşı əsaslandırılıbsa, bu açıq-aşkar "impiçment üçün bir səbəb" olacaq.

ABŞ prezidenti Donald Trump özünü, onun xarici liderlərdən biri ilə telefon danışığı ilə bağlı bir kəşfiyyatçının şikayətindən müdafiə edib.

Trump sentyabrın 20-də heç bir ölkənin adını çəkmədən yazdığı tvitdə qeyd edir ki, bu “tamamilə normal və nəzakətli” bir söhbət olub.

Müxbirlərlə söhbət edən Trump avqust ayında verilmiş rəsmi şikayəti “axmaq” adlandırıb və demokratları nəzərdə tutaraq əlavə edib ki, ondan şikayət edən “partiya təəssübkeşi kəşfiyyatçıdır”.

Demokratlar hökumətin kəşfiyyata nəzarət edən qurumunun “ciddi” və “təcili” adlandırdığı şikayətin Konqresə verilməsinə çalışırlar.

Məsələdən xəbərdar mənbələrə istinad edən The Washington Post və The New York Times qəzetləri sentaybrın 19-da yazmışdılar ki, kəşfiyyatçının bəzi iddiaları, belə görünür, Ukrayna üzərində cəmləşir.

The Washington Post-un ABŞ-ın iki keçmiş rəsmisinə istinadən yazdığına görə, Trump-ın telefon söhbəti zamanı bir xarici liderə verdiyi “vəd” o qədər narahatlıq doğurub ki, Ağ Evdə işləyən kəşfiyyat nümayəndəsi kəşfiyyat icmasının baş müfəttişinə bu barədə yazılı şikayət verib.

Məqalədə deyilir ki, bu şikayətdən iki həftə yarım əvvəl Trump Ukraynanın yenicə seçilmiş prezidenti Volodymyr Zelenkskiy ilə söhbət etmişdi.

Nümayəndələr Palatasındakı demokratlar bu barədə artıq təhqiqata başlayıblar.

Təhqiqatdan məqsəd Trump və onun vəkili Rudy Giuliani-nin 2020-ci il ABŞ seçkisi ilə bağlı Ukrayna hökumətinə təsir edərək Trump-ın bu seçkidəki demokrat rəqibi Joe Biden-in oğlu barədə təhqiqat başlanmasına nail olmağa çalıb-çalışmadıqlarının aşkara çıxarılmasıdır.

Joe Biden-in oğlu Ukraynada bizneslə məşğul olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG