Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Helsinki sammiti: yeni başlanğıc, yoxsa 'faciəvi səhv'?


Trump-ın tənqidçiləri bildirirlər ki, onun Vladimir Putinlə sammiti birbaşa Rusiya prezidentinın xeyrinə olub.

AzadlıqRadiosu yazır ki, mətbuat konfransında Putinlə yanaşı dayanan Trump öz ölkəsinin kəşfiyyat orqanlarının Rusiyanın ABŞ seçkisinə müdaxiləsi barədə gəldiyi nəticələri açıq şəkildə sual altına alıb. Belə görünürdü ki, o Putinin Rusiyanın seçkiyə müdaxilə etmədiyinə dair bəyanatını qəbul edir:

"Mənim bizim kəşfiyyat adamlarına böyük etimadım var, amma sizə deməliyəm ki, Putin bu gün özünün təkzib bəyanatında çox güclü və qüdrətli idi. Mən də Rusiyanın 2016-cı il seçkisinə müdaxilə etməsi üçün səbəb görmürəm”.

Nüfuzlu respublikaçılar və demokratlar da daxil ABŞ millət vəkilləri Trump-ın bu bəynatlarını dərhal tənqid edərək onun qeydlərini “cəfəng”, “utancverici” və “öz vəzifəsinə şoka salan xəyanət” adlandırıblar.

Trump öz seçki kampaniyası ilə Rusiya arasında hər hansı sövdələşmə olduğuna aid iddiaları rədd edib və deyib ki, xüsusi prokuror Robert Mueller-in bu araşdırması “əsl fəlakət” olub və ABŞ-ı Rusiyadan “aralı” vəziyyətə salıb.

Təhlilçilərin fikrincə, bu sammit demokrat və respublikaçıların belə bir narahatlığını daha da dərinləşdirib ki, Trump Putinlə görüşündə onun öz administrasiyasının təbirincə deyilsə, Rusiyanın dünya boyunca “ziyanlı” fəaliyyəti məsələsini qaldırmaq istəmir.

Trump-Putin mətbuat konfransının ardınca respublikaaçı konqresmen, Nümayəndələr Palatasının spikeri Paul Ryan deyib ki, Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsi heç bir şübhə doğurmur.

O deyib ki, Trump “Rusiyanın bizim müttəfiqimiz olmadığını unutmamalıdır”.

Onun sözlərinə görə “Birləşmiş Ştatatlarla Rusiya arasında mənəvi bərabərlik işarəsi qoyulmamalıdır”.

Ryan daha sonra bildirib: “Birləşmiş Ştatlar diqqətini Rusiyadan cavabdehlik, habelə demokratiya üzərinə qəddar hücumlarason qoymasını tələb etmək üzərində cəmləşdirməlidir”.

Senatın Xarici Əlaqələr Komitəsinin başçısı, respublikaçı senator Bob Corker deyib ki, Trump-ın mətbuat konfransındakı cavabları Birləşmiş Ştatları “əzvay” yerinə qoyub.

Republikaçı senator Jeff Flake belə bir tvit yazıb: “Mənim heç ağlıma da gəlməzdi ki, günlərin bir günü bizim Amerika prezidentimiz Rusiya prezidenti ilə bir səhnədə dayanıb Rusiyanın təcavüzü üçün günahı Birləşmiş Ştatların belinə yükləyəcək. Bu utancvericidir”.

Respublikaçı senator Ben Sasse iki ölkə arasında münasibətlərin pozulmasında hər iki tərəfin təqsirkar olduğunu bəyan etmək “cəfəngiyyat” idi.

Demokrat senator Chuck Schumer deyib ki, seçki müdaxiləsi məsələsində Trump-ın Putinin tərəfini saxlaması “çox təhlükəli” idi:

“Ölkəmizin tarixində amerikalılar heç vaxt görməmişdilər ki, Birləşmiş Ştatların prezidenti Amerika rəqibini Trump Putini dəstəkləyən kimi dəstəkləsin”.

MKİ-nin keçmiş direktoru John O. Brennan yazıb ki, Trump-ın mətbuat konfransı “ağır cinayət” dərəcəsinə çatıb: “Buna xəyanətdən başqa ad vermək mümkün deyil”.

Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin rəhbərlərindən demokrat Eliot Engel deyib ki, bu mətbuat konfransı bir “rüsvayçlılıq” idi.

Eliot Engel yazır: “Prezident öz vəzifəsinə qarşı şok yaradan xəyanət edib: O xarici torpaqda ABŞ-ın əsas rəqibi ilə yanaşı dayanaraq Rusiyanın Amerika demokratiyası üzərinə hücumu barədə deyilənləri rədd edib”.

NATO-nun keçmiş baş katib müavini Alexander Vershbow CNN telekanalına deyib: “Prezident Trump Putinlə yaxşı münasibətləri iki ölkə arasındakı münasibətlərlə eyniləşdirmək səhvini davam etdirir”:

“Belə görünür ki, o ruslara Krımın ilhaqı, seçkimizə müdaxilə, Suriyadakı aqressiv siyasət məsələlərində pas verir”.

Bir çox təhlilçilər hələ bu görüşdən əvvəl deyirdilər ki, sammit Rusiya prezidenti Putin üçün bir uğur olacaq və o Rusiyanın ABŞ-la bərabərhüquqlu tərəf olduğunu və təcrid olunmadığını isbat etməyə fürsət tapacaq.

Trump Krımın ilhaqı məsələsinə toxunmasa da, Putin deyib ki, ABŞ prezidenti bu məsələdə öz möhkəm mövqeyində qalır və yarımadanın ilhaqının qanunsuz olduğunu bildirir.

***

Prezidentlər Donald Trump və Vladimir Putin deyiblər ki, onlar, Trump Ağ Evə gələndən 18 ay sonra Birləşmiş Ştatlar və Rusiya arasında son dərəcə gərginləşmiş münasibətlərin qaydaya salınması istiqamətində “ilk addımlarını” atıblar.

Putin iyulun 16-da Helsinkidə keçirilən sammiti “çox uğurlu və faydalı” adlandırıb və deyib ki, o və Trump silahlara nəzarət, Suriya və Ukraynada münaqişələr, ticarət və başqa məsələləri müzakirə ediblər.

Onların təkbətək görüşündən sonra keçirilən mətbuat konfransında Putin deyib ki, Trump müzakirələr zamanı Rusiyanın 2016-cı il ABŞ seçkisinə iddia edilən müdaxiləsi məsələsini də qaldırıb və Putin Moskvanın Amerika seçkisinə müdaxiləsini bir daha danıb. Bununla yanaşı o respublikaçı namizədin bu seçkidə qalib gəlməsini istədiyini deyib, çünki bu namizəd Moskva ilə münasibətlərin yaxşılaşdırılmasını istəyirdi.

Trump deyib ki, o müdaxilə məsələsi barədə Putinə birbaşa müraciət edib və onlar bu barədə “bir xeyli söhbət ediblər”. Lakin Trump bu söhbətin detallarını açmayıb və müzakirənin nə ilə nəticələndiyini də deməyib.

Jurnalistlərdən birinin israrlı suallarına cavab olaraq Trump deyib ki, Putin öz təkzibində “çox güclü və qüdrtətli” olub.

Trump habelə öz seçki kampaniyası ilə Rusiya arasında hər hansı sövdələşmənin olduğunu danıb. Odeyib ki, bu məsələnin ABŞ kəşfiyyatı tərəfindən araşdırılması münasibətlərə ciddi ziyan vurub.

Bu görüş ərəfəsində, iyulun 13-də ABŞ Ədliyyə Nazirliyi seçki müdaxiləsi ilə bağlı 12 Rusiya təhlkəsizlik agentinə qarşı rəsmi ittiham irəli sürdükdən sonra bu məsələdə Putinə qarşı tələb irəli sürməsi və ümumiyyətlə 16 iyul sammitini ləğv etməsi üçün Trump-ın üzərinə güclü siyasi təzyiq vardı.

Trump öz növbəsində Putinlə görüşmək qərarını müdafiə edərək deyib ki, “diplomatiya” həlledici məsələdir və Moskva ilə “məhsuldar dialoq” Birləşmiş Ştatlar, Rusiya və bütün dünya üçün yaxşıdır.

Hər iki prezident silahlara nəzarət məsələsində danışıqları arzu etdiklərini bildiriblər.

Putin deyib ki, nüvə silahları barədə dialoqun başlanması mühümdür və o bu sahədə konkret təkliflər irəli sürüb.

O habelə bildirib ki, Rusiya və ABŞ 2010-cu il START müqaviləsinin müddətini uzatmaq üçün danışıqlara başlamalıdır.

Bu müqavilə iki ölkədə nüvə silahlarının ölçülərinə limit müəyyən edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG