Keçid linkləri

2026, 09 Noyabr, bazar ertəsi, Bakı vaxtı 11:41

Tramp: Danışıqlarda irəliləyiş olarsa, İrana yeni zərbə ehtimalı 'çox aşağıdır'

Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, sülh prosesində irəliləyiş davam etdiyi müddətdə İrana yenidən hava zərbələri endirilməsi ehtimalı "çox aşağıdır".

"Bu, (İran təmsilçilərinin) çox güclü bir saziş imzalamasından asılıdır. Cavab belədir: Bunun qaçılmaz olacağı ehtimalı çox aşağıdır", –Tramp noyabrın 8-də CNN telekanalına telefon müsahibəsində bildirib.

Tramp onu da əlavə edib ki, zərbələr bərpa olunarsa, ABŞ qüvvələri potensial infrastruktur hədəflərini, o cümlədən "sözün əsl mənasında bir saat ərzində dağıda biləcəyimiz" 38 körpünü müəyyənləşdirib.

Demokratların Konqresi ələ keçirməsi İran müharibəsini bitirəcək?
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

"Dəmir Qapı Əməliyyat Qrupu"

Tramp sosial şəbəkədəki ayrıca paylaşımında "Dəmir Qapı Əməliyyat Qrupu" (Task Force Iron Gate) adlandırdığı təşəbbüsdən də bəhs edib. Onun sözlərinə görə, bu qrup İranın qabaqcıl silahları və sanksiyalar altındakı digər məhsulları quru sərhədləri və Xəzər dənizi vasitəsilə daşımasının qarşısını almaq üçün tədbirləri sərtləşdirəcək.

Bu arada tərəflər Hörmüz boğazında və onun ətrafında gəmilərə və sahil obyektlərinə məhdud zərbələr endirməyə davam edir.

Tramp ötən həftə ABŞ Konqresinə keçirilən aralıq seçkilərində Respublikaçılar Partiyasının ağır məğlubiyyətə uğramasının səbəblərindən birinin İranla müharibə olduğunu da etiraf edib.

2028-ci il prezident seçkilərində mümkün namizədlərdən sayılan Cey Di Vens isə bundan əvvəl daha qəti şəkildə "seçkilərdə məğlub olmağımızın səbəbi müharibədir" demişdi.

Tramp noyabrın 8-də jurnalistlərə söyləyib ki, "çoxları Vensin İranla bağlı dediklərini bəyənməyib".

Marko Rubio
Marko Rubio

Rubio danışıqlarda dönüş yaranacağına inanmadığını deyir

2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından digər mümkün namizəd sayılan dövlət katibi Marko Rubio isə noyabrın 8-də müharibə ilə seçki nəticələrinin birbaşa əlaqəsi barədə danışmayıb.

"Sizə yalnız bunu deyə bilərəm ki, ABŞ prezidenti uzun müddətdir ölkəmiz üçün mövcud olan çox real təhdidi müəyyənləşdirdi və ona qarşı tədbir gördü", – Rubio bildirib.

Rubio sülh danışıqlarında yaxın zamanda dönüş yaranacağına inanmadığını söyləyib.

"Prezident həmişə bu və digər bütün problemlərin diplomatik yolla həllinə üstünlük verərdi. Təəssüf ki, bəzən bu, mümkün olmur. Amma belə bir imkan varsa, onu dəyərləndirəcəyik. İndiyədək danışıqlar o qədər də məhsuldar olmayıb. Çünki İranın tələbləri sadəcə qəbuledilməz deyil, bəzi hallarda həm də hədsiz, absurd və tamamilə qeyri-realdır", –Rubio vurğulayıb.

Tramp jurnalistlərə onu da bildirib ki, bu həftə Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) liderlər sammitində Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinlə görüşəcəyini düşünür. Görüşlərin gündəliyində İran məsələsinin də olacağı gözlənilir.

​
XS
SM
MD
LG