Keçid linkləri

2026, 06 İyul, bazar ertəsi, Bakı vaxtı 21:51

Tramp zəng etdi – Baloqanın qırmızı vərəqəsi ləğv olundu

Folarin Baloqan
Folarin Baloqan

FIFA amerikalı hücumçu Folarin Baloqanın qırmızı vərəqə almasına baxmayaraq, onun bu gün Belçika ilə oyunda meydana çıxmasına icazə verməklə "qırmızı xətti keçib". Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) bəyanatında bildirilir.

24 yaşlı hücumçu Bosniya və Herseqovina yığmasının müdafiəçisi Tarik Muxameroviçin ayağına təpik vurduğuna görə qırmızı vərəqə almışdı. Qaydalara əsasən, o, ən azı bir oyunu buraxmalı idi. Amma FIFA-nın İntizam Komitəsi dünən gözlənilməz qərar verərək bu diskvalifikasiyanı birillik şərti cəza ilə əvəzləyib.

Bundan əvvəl mətbuatda ABŞ prezidentinin FIFA-nın rəhbəri Canni İnfantino ilə telefon danışığı apardığı və amerikalı hücumçunun cəzasına yenidən baxılmasını xahiş etdiyi barədə məlumatlar yayılmışdı. Qərardan dərhal sonra Donald Tramp "Truth Social" platformasında yazıb: "FIFA-ya bu aşkar haqsızlığı düzəltdiyi üçün təşəkkür edirəm".

Belçika Kral Futbol Assosiasiyası (RBFA) bu addımın turnir reqlamentinə tamamilə zidd olduğunu vurğulayıb. Almaniya Futbol İttifaqının prezidenti Bernd Noyendorf isə bildirib ki, FIFA bu qərarın ABŞ prezidentinin müdaxiləsi ilə qəbul edilməsi barədə iddialara dərhal aydınlıq gətirməlidir.

XS
SM
MD
LG