Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 13:03

Trampın şirkətinə və baş maliyyəçisinə qarşı ittiham irəli sürülüb


The Trump Organization şirkətinin baş maliyyəçisi Allen Veyselberq
The Trump Organization şirkətinin baş maliyyəçisi Allen Veyselberq

Keçmiş prezident və onun ailə üzvlərinə qarşı bu mərhələdə heç bir ittiham irəli sürülməyib

Keçmiş prezident Donald Trampa dair iki ildir ki, davam edən araşdırmanın ardınca The Trump Organization şirkətinə və onun baş maliyyəçisinə qarşı, prokurorların təbirincə deyilərsə, “geniş və açıq-aşkar” vergi dələduzluğu sxemi ilə bağlı ittiham irəli sürülüb.

Nyu York prokurorlarının iyulun 1-də açıqladıqları ittihamnaməyə görə baş maliyyəçi Allen Veyselberq və The Trump Organization 2005-ci ildən indiyədək şirkətin vəzifəli işçilərinə hesabatsız maaşlar verməklə dövlətə və şəhərə vergi ödənişində xüsusilə böyük məbləğdə fırıldaq gəliblər.

Veyselberqin özü ev kirayəsi, təhsil haqları, habelə lisenziya ödənişləri də daxil qeyri-pul bonuslarına görə 1.7 milyon dollar məbləğində vergidən yayınıb.

Həm Veyselberq, həm də Trump Organization şirkətinin vəkilləri məhkəmə qarşısında təqsirsiz olduqlarını bəyan ediblər.

Bu ittihamnamə Manhattan sahə prokurorluğunun Trump Organization şirkətində dələduzluq iddiaları ilə bağlı iki ildir ki, apardığı təhqiqatın yekunu olub.

Keçmiş prezident və onun ailə üzvlərinə qarşı bu mərhələdə heç bir ittiham irəli sürülməyib.

Trump Organization şirkəti təqsirli bilinərsə, başqa cəza və cərimələrlə də üzləşə bilər.

Eks-prezident üçün “qarmaq”?

Digər tərəfdən bu ittihamlardan Veyselberqin istintaqla əməkdaşlığa cəlb olunması üçün ona təzyiq göstərilməsi aləti kimi istifadə edilə bilər.

Trump Organization şirkətinin bəyanatında deyilir ki, baş maliyyəçidən keçmiş prezidentin özünə çıxmaq üçün “qarmaq” kimi istifadə etmək istəyirlər.

Bəyanatda “bu, ədalət yox, siyasətdir” deyilir.

Davam edən istintaqın xətlərindən biri də Tramp şirkətinin daha az vergi ödəmək və daha sərfəli kreditlər almaq məqsədilə daşınmaz əmlakının dəyərini manipulyasiya edib-etməməsini üzə çıxarmalıdır.

Həmin təhqiqat Tramp prezident seçilənədək olan dövrü əhatə edir.

Təhqiqat habelə Trampın 8 illik vergi ödənişlərini araşdırmalıdır.

The Trump Organization şirkəti ailə holdinqi kimi özünün qolf klublarına, otellərinə və lüks mülklərinə malikdir.

Tramp 2017-ci ildə prezidentliyə başlayarkən öz biznesini iki oğlunun və Veyselberqin nəzarətinə verib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG