Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Toya gedən hər kəsdən COVİD pasportu tələb olunacaq


COVİD-19 sertifikatının yoxlanması, Xorvatiya və Sloveniya sərhəd keçid məntəqəsi, 2 iyul 2021
COVİD-19 sertifikatının yoxlanması, Xorvatiya və Sloveniya sərhəd keçid məntəqəsi, 2 iyul 2021

2021-ci il sentyabrin 1-dən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində də COVID-19 pasportunun təqdim olunması tələb olunacaq.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, yəni 150 nəfərədək şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirakla bağlı mövcud olan bütün tələblər 50 nəfərə qədər şəxsin iştirak edəcəyi şənlik mərasimlərində də tətbiq olunacaq.

Bu qərar qəbul olunanadək 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi idi və onlarda iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmurdu.

Koronavirus pandemiyası ilə bağlı ötən ilin martından Azərbaycanda karantin rejimidir.Bu müddət ərzində rejim zaman-zaman sərtləşdirilib və daha sonra da yumşaldılıb.Bu il iyulun 1-dən Azərbaycanda bir sıra qaydalara əməl etməklə kütləvi toy mərasimlərinə icazə verilmişdi.

Bu il sentyabrın 1-dən irt ticarət mərkəzləri və ali məktəblərə də də COVID-19 pasportu tələb ediləcək.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə avqustun 28-nə qədər ümumilikdə 409 745 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 469–nun vəfat etdiyi bildirilib.

Son həftələr Azərbaycanda həm koronavirusa yoluxma, hem də bu virusa yoluxmuş şəxslər arasında ölüm hallarının artdığı vurğulanır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG