Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Tovuzda 5 qardaşın ev şikayəti


Tovuz
Tovuz

«Bizim Tovuz rayonu Qovlar qəsəbəsində 5 qardaşa məxsus 1.31 hektar sahəmiz var. Orada heyvandarlıqla məşğul oluruq. Amma bu torpağı əlimizdən almaq istəyirlər».

Bunu Tovuz rayon sakini Tahir Rəhimov bildirib. O, hazırda ən müxtəlif qurumlara şikayətini çatdırmaqdadır.

T.Rəhimovun sözlərinə görə, həmin ərazilərin onlardan alınmasında rayon icra hakimiyyəti də maraqlıdır.

«Bizdən sağda-solda olan əraziləri alıblar, bir ortada bizim sahə qalır ki, 5 qardaşın ailəsi buradan dolanır. Bundan başqa, biz qardaşlara atamızdan 8 sot torpaq və bir də ikiotaqlı ev qalıb. Bundan başqa qalacaq yerimiz yoxdur. Burada da ev tikməyə qoymurlar», - T.Rəhimov bildirib

T.Rəhimovun deməsinə görə, onlara məxsus ərazidə tikinti aparması ilə bağlı maneələrlə üzləşib. Vurğulamasına görə, oktyabrın 29-da isə gəlib onlara tikintinin söküləcəyini deyiblər: «Uşaqlar ağlamağa başladılar, polisi tökdülər əraziyə. Mən də bu haqsızlığa etiraz olaraq özümə bıçaqla xəsarət yetirdim, indi də ağrılarım var. Elə həkimə gedib-gəlirəm. Mən bilmirəm icra hakimiyyətləri vətəndaşa kömək etmək üçündür, yoxsa onu əzmək üçün?».

İcra nümayəndəsi nə deyir

Qovlar icra nümayəndəsi Oruc Binnətov isə «Turan» agentliyinə deyib ki, haqqında söz gedən ərazilər otlaq və kənd təsərrüfatı təyinatlı torpaqlardır: «Orada əsaslı tikinti aparmaq, ev tikmək olmaz. Bu, torpağın təyinatına görə işlədilməməsi deməkdir. Yəni, mövcud qanunvericiliyin tələblərinin pozulmasıdır. Biz də vətəndaşa izah edirik ki, torpağın təyinatını dəyişdirmək olmaz».

O.Binnətovun vurğulamasına görə, hazırda Qovlar bələdiyyəsində ev tikməyə torpaq yoxdur: «Amma bələdiyyəyə belə torpaq sahələri ayrıldıqda T.Rəhimova torpaq veriləcək və bu şəxsin torpaq sahəsi ayrılması ilə bağlı ərizəsi var».

T.Rəhimovun özünə xəsarət yetirməsi ilə bağlı dediklərinə gəldikdə isə, O.Binnətov bunu təsdiqləyib.

«Özünə xəsarət yetirməsi doğrudur. Amma bu məsələnin həlli deyil axı. Özünə də dedim ki, bu, məsələnin həlli yolu deyil, özünə xəsarət yetirməklə problem həllini tapmır»,-deyə icra nümayəndəsi bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG