Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:49

'Çörəyimizi əlimizdən almaq istəyirlər'


Masallı
Masallı

«Şəhid ailəsi kimi dolanışığımızı təmin etmək üçün hökumət özü bizə obyekt qurmağa yer verib. Sağ olsun, başçı özü də bu məsələdə yaxından köməklik edib. Ancaq indi Meşə İdarəsinin yeni rəisi obyekti əlimizdən alıb başqasına vermək istəyir».

Masallının Öncəqala kənd sakini Xanımqız Yusifovanın oğlu Qarabağ müharibəsində həlak olub. Ailənin illərlə hökumətə müraciətlərindən sonra nəhayət, 2014-cü ildən torpaq sahəsi ayrılıb. Ancaq ailənin çörəkpulu qazanmaq sevinci qısa sürüb. Deməsinə görə, indi torpağı əlindən alıb başqasına vermək istəyirlər.

«YERİ BAŞQASINA VERİBLƏR»

2014-cü ildə ailəyə icarə müqaviləsi əsasında rayonda Bayraq Meydanının qarşısındakı meşə zolağından 50 sot torpaq sahəsi ayrılıb. Yusifovlar ailəsi də torpağın üzərində iaşə obyekti qurub, kafe kimi istifadə edir. İcarə müqaviləsi hər il yenilənir. Bir neçə gün öncə kafenin qarşısında tikintiyə başlanıb. Kafe sahibi ərazinin başqasına verildiyindən xəbər tutub: «Müəssisənin yeni rəhbəri bizə problem yaratmağa başlayıb. Bütün sənədlərimiz qaydasında, fəaliyyətimiz də tam qanunidir. İndi xəbər tutmuşuq ki, yeri başqasına veriblər».

Ailə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, rayonun Meşə İdarəsinə müraciət edib. Bu müraciətlərdən sonra tikinti dayandırılsa da, tikililər hələ də sökülməyib. Yusifovlar ailəsi bir qədər sonra tikintinin yenidən davam edəcəyindən narahatdır: «Şikayətlərimizdən sonra nazirlikdən gəldilər, ərazini ölçdülər, biçdilər, yerin bizə məxsus olduğunu təsdiqlədilər, getdilər. Düzdür, tikinti dayandırılıb, ancaq yarımtikili hələ də yerindədir. Tikintinin dayandırılması müvəqqəti, bizi aldatmaq məqsədilə də ola bilər. Tələbimiz odur ki, yarımtikili sökülsün, daşı-kəsəyi də ərazimizdən çıxarılsın».

«MƏSƏLƏ HƏLLİNİ TAPIB»

Məsələyə Masallı rayon İcra Hakimiyyəti də münasibət bildirib. Qurumdan «Qaynar xətt»ə deyilib ki, X.Yusifovanın icarəsində olan torpaq sahəsinə müdaxilə oluna bilməz: «Başçının şəxsən nəzarəti altında şəhid ailəsinə kömək kimi verilib o yer... Araşdırılıb, tikintinin qanunsuz olduğu üzə çıxıb. Bizdə olan məlumata görə, məsələ həllini tapıb. Ailənin hər hansı narazılığı olmamalıdır. Tikinti dayandırılıbsa, deməli, yarımtikili də söküləcək».

Rayonun Meşə İdarəsindən torpaq sahəsinə kənar müdaxilə olunmadığını bildiriblər.

XS
SM
MD
LG