Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:06

Köçkün, nəhayət, torpaq alıb, ev tikmək istəyəndə...


Sumqayıtda məcburi köçkünlərin qaldığı yer

“Ərazini qarış-qarış gəzib harda tikinti görsələr, saxlatdırır, qiymətlərini açıqlayırlar. Razılaşdınsa, tikintiyə davam edəcəksən, razılaşmadınsa, tikdiyini başına uçuracaqlar”

23 ildir “Sumqayıt şəhəri, 47-ci məhəllə”dəki yarıtikilidə məskunlaşan köçkün ailəsi, nəhayət, torpaq sahəsi alaraq, ev tikmək qərarına gəlib. Sənədlər qaydasında, ev tikməyə başlarkən, Sumqayıt Şəhər Memarlıq İdarəsi ailədən 4 min manat “şirinlik” istəyib. Ailə də rüşvət verməkdən imtina edib və tikintiyə başlayıb. Bütün bunları və sonra olub-bitənləri ailənin xanımı Mədirə Alıyeva danışır:

“Torpağımız Coratdadır. Fərdi ev tikintisinı sənədimiz də var. Ancaq Sumqayıt Şəhər Memarlıq İdarəsinin rəisi Həsən Həsənov buna məhəl qoymur. İdarənin Mürvət və Kənan adlı əməkdaşları rəisin “makler”ləridir. Ərazini qarış-qarış gəzib harda tikinti görsələr, saxlatdırır, qiymətlərini açıqlayırlar. Razılaşdınsa, tikintiyə davam edəcəksən, razılaşmadınsa, tikdiyini başına uçuracaqlar. Gəlib 4 min manat istəyəndə, açıq şəkildə bildirdim ki, qara qəpik də rüşvət verməyəcəyəm. Tikintiyə başlamaq üçün hər sənədim də qaydasındadır”.

Buna da bax:​ 'Dedi, 2 min manat nazirliyə, 500 manat hərbi komissarlığa çatır'

Dörd dəfə layihə təqdim edib

Mədirə Alıyevanın sözlərinə görə, ondan açıq şəkildə rüşvət istənilənədək tikiləcək evin layihəsini dörd dəfə idarəyə təqdim edib. Üç dəfəsində layihəni müxtəlif “səhvlər” tutaraq özünə qaytarıblar. Layihə dördüncü dəfə təqdim olunanda ailədən pul istənilib. Konkret “yox” cavabı alınca, idarədən ailəyə cavab məktubu göndərilib ki, “... Layihə yalnız memarlıq-planlaşdırma bölməsinin (lisenziyalı) layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığı olan fiziki və ya hüquqi şəxslər tərəfindən hazırlanmalıdır”.

“Belə çıxır ki...”

Buna da bax:​ 'Döydülər, ayağımı sındırdılar, sonra da şöbəyə apardılar'

Mədirə Alıyevanı düşündürən başqa məsələdir:

“Belə çıxır ki, layihə qovluğumuzun arasında 4 min manatı versəydik, bizə belə bir problem çıxarmayacaqdılar. Tələbləri qanunidirsə, belə çıxır ki, 4 min manatı alandan sonra qanunu pozacaqdılar. Yəni bizə belə bir tələb irəli sürülməyəcəkdi. Əvvəl göndərdikləri cavab məktublarında bunu niyə qeyd etmirdilər? Halbuki ta əvvəldən - sənədimi təqdim etdiyim gündən bunu istəməliydilər. Mənim bütün işlərim qanuni olub. İlkin mərhələdə ərizə ilə Sumqayıt şəhərinin Memarlıq İdarəsinin rəisi Həsən Həsənova müraciət etmişəm. 15 gün ərzində məktubuma cavab gəlməli idi, amma bir ay gözləsəm də, cavab gəlmədi. Mən də tikintini başlatdım. Ancaq gəlib sökdülər. Bəs bu qanunlar vətəndaşların başına ip salıb oynatmaq üçünmü yazılır? Bir ay ərzində mənə cavab verməyən idarə rəisi həmin o qanuna tüpürüb gəlib tikdiyimi sökəcəkdisə, demək, bu qanundan mənim kimi sadə vətəndaşlar deyil, özləri bəhrələnəcəklər. Axı o qanun mənə yol verirdi bu işə başlamağa...”.

Buna da bax:​ Ağac kəsimi Heydər parklarına çatdı

Tikinti başlananda müdaxilə olmayıb

İş orasındadır ki, Mədirə Alıyeva tikintiyə başlayanda müdaxilə olmayıb. Ailə borca-xərcə girib, evin birinci mərtəbəsinin daş hörgüsünü bitirəndən sonra idarənin azı 30 əməkdaşı ağır texnikalarla ərazidə peyda olaraq yarıtikilini dağıtmağa cəhd göstərib:

“23 ildir şəraitsiz, havasız yarıtikilidə canımızı dişimizə tutub dözürük. Hərəmiz bir xəstəlikdən əziyyət çəkirik. Hökumətdən heç bir təmənnamız yoxdur. Ancaq hökumət də bizə sataşmasın və canımızı boğazımıza yığmasın. O pulun bir hissəsini min zəhmətlə qazanıb yığmışam, bir hissəsini borc götürmüşəm. Onsuz da sıxıntıdayıq, bir az da məmurlar boğmasın. İmkan versinlər, daxmamızı düzəldib içərisinə yığışaq. Burdan deyirəm ki, axırı yaxşı bitməz”.

“Məhkəməyə müraciət etsin”

Buna da bax:​ 'Hasarımı uçurtdular, evimizə giriş-çıxışı bağladılar'

Mədirə Alıyeva Sumqayıt Şəhər Memarlıq İdarəsinin rəisinin və ondan “şirinlik” istəyən əməkdaşların hərəkətlərindən prezident İlham Əliyevə, Baş Prokuror Yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə də yazıb.

Mədirə xanımın həyat yoldaşı Qarabağda döyüşüb, savaş veteranıdır.

Sumqayıt Şəhər Memarlıq İdarəsi Mədirə Alıyevanın sənədlərində problem olduğunu bildirib. “Vətəndaşın müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində yazılı cavab verilmişdimi” sualına isə “narazılığı varsa, məhkəməyə müraciət etsin” cavabı verilib.

Hüquqşünas Vaqif Alıyev də vətəndaşa idarəyə qarşı məhkəmədə iddia qaldırmasını tövsiyə edir.

XS
SM
MD
LG