Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:34

Ukrayna Qazaxıstana nota verəcək


Qasym-Zhomart Toqaev
Qasym-Zhomart Toqaev

Ukrayna Qazaxıstan Prezidenti Qasym-Zhomart Toqaev-in Krımın Rusiya tərəfindən anneksiyasının ilhaq olmadığını deməsindən narahatlıq bildirib.

“Ukrayna daim Qazaxıstanı tərəfdaş və dost hesab edib”, – Ukrayna Xarici İşlər Nazirliyinin dekabrın 4-də verdiyi bəyanat deyilir.

“Ukrayna və Qazaxıstan Respublikası arasındakı münasibətlərin əsasını, müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin pozulmazlığına qarşılıqlı hörmət təşkil edir”, – nazirlik bildirir.

2014-cü ildə Rusiya Krımı ilhaq edəndən sonra Qazaxıstanın Xarici İşlər Nazirliyi bəyanat verərək “BMT Xartiyasına uyğun olaraq beynəlxalq hüququn təməl prinsiplərinə sadiqliyini” ifadə etmiş, Qazaxıstanın “Rusiya Federasiyasının qərarına anlayışla yanaşdığı” vurğulanmışdı.

Ukrayna Toqaev-in bəyanatıyla bağlı Qazaxıstana rəsmi nota verəcəyini bəyan edib.

***

Qazaxıstan prezidenti Krımın ilhaqının 'ilhaq olmadığını' deyib

Qazaxıstan prezidenti Qasym-Zhomart Toqaev dekabrın 4-də Deutsche Welle (Alman dalğası) radiosuna müsahibəsində deyib ki, 2014-cü ilin martında Ukraynanın Krım yarımadasının ilhaq edilərək Rusiyaya qatılmasını “ilhaq” saymır.

Ukraynanın Xarici İşlər Nazirliyi Toqayevin bəyanatından və Krımın ilhaqını inkar etməsindən narahatlığını bildirib.

Ukrayna XİN-in sözçüsü Yekaterina Zelenkonun səsləndirdiyi rəsmi bəyanatda deyilir ki, beynəlxalq icmada tanınmış siyasətlərə və BMT qətnamələrinə zidd olan bu qeydlərlə bağlı Qazaxıstan tərəfinə “müvafiq demarşlar” ediləcəkdir.

Toqayev sözü gedən müsahibədə demişdi:

“Biz Krımda baş verənləri ilhaq adlandırmırıq. Nə olubsa, olub. İlhaq - Krıma şamil edilmək üçün çox ağır sözdür”.

“Qazaxıstan hökuməti Krımda baş verən hadisədən qorxuya düşmüşdümü” sualına cavab olaraq prezident deyib:

"Bayaq da dediyim kimi bizim Rusiya Federasiyası ilə tam etimadlı, xoş qonşuluq münasibətlərimiz var. Biz lap əvvəldən Rusiya rəhbərliyinin müdrikliyinə və ləyaqətliliyinə inanmışıq”.

Rusiya Ukraynanın Krım yarımadasını, burada 2014-cü ilin martında Rusiya hərbçilərinin iştirakı ilə keçirilmiş referendumun nəticəsi olaraq ilhaq edib.

Bu “referendumda” Krımın Rusiya ilə birləşməsinə 96, 77 faiz səs verilib.

Bu hadisədən bir qədər sonra, 1991-1992-ci illərdə Qara dəniz donanmasının komandanı olmuş admiral İgor Kasatonov RIA Novosti agentliyinə demişdi ki, Qara dəniz donanması Krımın ilhaqı üçün 2014-cü ilin yazında platsdarm düzəltmişdi və Sevastopol bazasından hərbçilərin gətirilməsi üçün istifadə edilirdi.

Beynəlxalq təşkilatlar Krımın ilhaqını qanunsuz sayıblar və Rusiyanın hərəkətini qətiyyərlə pisləyiblər.

Bunun ardınca Qərb Rusiya üzərinə indiyədək qüvvədə olan ağır sanksiyalar qoyub.

Ukrayna Krımı rəsmən “işğal edilmiş ərazi” adlandırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG