Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Erməni nazir Azərbaycan tərəfi ilə əlaqə saxladıqlarını deyir


Ermənistanın müdafiə naziri Davit Tonoyan
Ermənistanın müdafiə naziri Davit Tonoyan

“İyulun 17-də Naxçıvanla sərhəddə baş verən atışmadan sonra Azərbaycan tərəfi ilə operastiv əlaqə saxlanılıb”.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, bunu Ermənistanın müdafiə naziri David Tonoyan iyulun 22-də jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, sərhədin bir neçə yerində istehkamçı-mühəndis işləri ilə bağlı gərginlik müşahidə olunur.

“Atəş məqsədyönlü olmayıb, amm istənilən halda tədbirlər gördük və bu cür halların təkrarlanmasından qaçmaq üçün qonşularımızla əlaqə saxladıq”, Tonoyan deyib.

Nazirin sözlərinə görə, “operativ əlaqə” 2018-ci ildə prezidentlərin Düşənbə görüşündən sonra yaranıb.

“Biz birbaşa yox, təyin edilmiş rəsmilər vasitəsi ilə danışırıq. Bu normal və müsbət prosesdir”, Tonoyan deyib.

O, həmçinin bildirib ki, 2020-ci ilin əvvəllərindən Ermənistanda Rusiya istehsalı olan çoxfunksiyalı Su-30 qırıcı təyyarələri olacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG