Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:13

Ermənistanın müdafiə naziri Azərbaycanın Naxçıvan istiqamətində irəliləməsinə münasibət bildirdi


Davit Tonoyan
Davit Tonoyan

Ermənistanın müdafiə nazirliyi Azərbaycan ordusunun son vaxtlar Naxçıvan istiqamətində irəliləməsi barədə məlumatlara münasibət bildirib.

Müdadfiə naziri David Tonoyan noyabrın 12-də keçirdiyi mətbuat konfransında deyib ki, həmin ərazilər mövqelərarası məkanda yerləşir və heç vaxt Ermənistan ordusunun nəzarətində olmayıb.

Qeyd edək ki, “Bellingcat” saytı peyk çəkilişinə istinadla bu günlərdə Azərbaycan ordusunun Naxçıvan istiqamətində əhəmiyyətli irəliləməsi barədə məlumat yayıb.

Azərbaycanın müdafiə nazirliyi hələ ki, bu məlumatlara münasibət bildirməyib.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, Tonoyan həmçinin qeyd edib ki, Ermənistan Rusiyadan SU-30 qırıcı təyyarələri almağı planlaşdırır.

O yaxın vaxtlarda bu barədə yekun qərar qəbul ediləcəyini deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG