Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:07

Həbsdə olan Tofiq Yaqublu zorakılıqla hədələndiyini deyib


Tofiq Yaqublu
Tofiq Yaqublu

Bu gün, noyabrın 11-də hazırda inzibati həbsdə olan Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi ilə telefonla danışdığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna Nigar Həzinin özü məlumat verib.

Onun sözlərinə görə, İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində olan atası Tofiq Yaqublu zəng vurub:

"Atam dedi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir zabit əməkdaşı saxlanıldığı təcridxanaya gələrək onu 3 saatdan çox sorğu-suala tutub. Ondan Milli Şuradan istefa veməyi və siyasi fəaliyyətə son qoyması tələb olunub. Əks təqdirdə, atamı İdarəyə aparıb orada ağır işgəncələr verəcəklərini bildirib".

Nigar Həzinin iddiasına görə, atasını ailəsi ilə təhdid ediblər:

"Mənim, ailəmin başına bir iş gələrsə, bu təzyiqlər Tofiq Yaqublunu mübarizəsindən çəkindirmək üçündür. Ancaq bu yolun geriyə dönüşü yox", Nigar Həzi bildirib.

Bu deyilənlərə, hələlik, sözü gedən idarədən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma Azərbaycanın hüquq-mühafizə orqanları, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə heç kim dinc siyasi fəaliyyətinə görə basqı ilə üzləşmir.

Xatırlatma

Oktyabrın 19-da Milli Şura Bakının mərkəzində mitinq keçirməyə cəhd edib. Aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıb.

Milli Şura bu aksiya ilə bağlı 100-dən çox şəxsin saxlandığını, onlardan 30-a qədər şəxsə də inzibati həbs cəzası verildiyini açıqlamışdı.

Aksiya başa çatandan sonra Bakı Baş Polis İdarəsinin yaydığı məlumata görə, isə həmin vaxt 60 nəfər saxlanılıb, onlardan 42 nəfərinə xəbərdarlıq edilərək buraxılıb, 18 nəfərin işi də hüquq-mühafizə orqanlarına göndərilib.

Təşkilatçıların bildirməsinə görə, aksiyanın tələbləri sırasına siyasi məhbuslara azadlıq, uşaqlara aylıq müavinətin verilməsi, qaz və elektrikin əvvəlki qiymətlərlə satılması kimi məsələlər daxil idi.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Bəzi hakimiyyət rəsmiləri habelə qeyd edirlər ki, ünvanlı sosial yardımlarla birgə uşaqlara aylıq müavinətin verilməsi düzgün olmaz.

Azərbaycanda uşaqlara aylıq müavinətin ödənilməsi 2006-cı il yanvarın 1-dən ünvanlı sosial yardımların verilməsi ilə dayandırılıb.

2016-cı ilin noyabrında isə Azərbaycanda qaz və elektrikin qiyməti qaldırılıb. Amma qaz və elektrikin satış qiymətində müəyyən limit də tətbiq edilib.

Həmin vaxtdan enerji daşıyıcılar müəyyən limit çərçivəsində əvvəlki qiymətə satılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG