Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:12

Tofiq Yaqublu sərhəddən buraxılmadı


Tofiq Yaqublu
Tofiq Yaqublu

►Yaqublu ailəsi Gürcüstana, doğma kəndlərinə gedirmiş.

Keçmiş məhbus, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Azərbaycan-Gürcüstan sərhədində saxlanıb. Bu haqda Azadlıq Radiosuna siyasətçinin övladı Nigar Yaqublu xəbər verib.

T.Yaqublunun sərhəd buraxılış məntəqəsində saxlanması onun ölkədən çıxışına “stop” qoyulmasi ilə izah edilib. N.Yaqublunun dediyinə görə, sərhəd xidməti əməkdaşları belə deyiblər. Ancaq çıxışa hansı qurumun yasaq qoyduğu açıqlanmayıb.

N.Yaqublu ölkədən çıxışla bağlı problemlərin davamlı baş verməsi səbəbindən, səfərə getməzdən əvvəl Bakıda aydınlaşdırma apardıqlarını da bildirib. Ancaq onun deməsinə görə, Bakıda atasının çıxışına yasaq qoyulmadığı bildirilib.

Yaqublu ailəsi Gürcüstana, doğma kəndlərinə gedirmiş.

N.Yaqublunun deməsinə görə, atasının sərhəddən buraxılmaması ilə bağlı Ombudsman aparatına və əlaqəli digər qurumlara məlumat veriblər.

Son 2-3 ildə siyasətçilərin, vətəndaş cəmiyyəti qurumları nümayəndələrinin, jurnalistlərin ölkədən giriş-çıxışında belə problemlər yaşanır.

Hüquq mühafizə qurumları bunu adətən, Baş Prokurorluqda yerli və xarici QHT-lərlə bağlı açılan cinayət işi ilə izah edirlər.

____________________________________________________________

Bunlara da bax:
«Laçının işğalından üç ay sonra kəndə qayıtdıq»
Ombudsman Aparatı gənclərə işgəncə verilmədiyini deyir

____________________________________________________________

Ötən ayın 15-də Tofiq Yaqublu Baş Prokurorluğa çağırılmışdı.

T. Yaqublunun bildirməsinə görə, orada ona xəbərdarlıq edilmişdi.

“Mədəni davrandılar, amma dedilər ki, “İlham Əliyev sənə yaxşılıq edib həbsdən azad edib, sən isə onun haqqında doğru olmayan sözlər deyirsən”. Rüstəm Usubov “Yeni Müsavat” qəzetinə müsahibəmdə dini məsələlərlə bağlı fikirlərimə etiraz etdi. Bildirdi ki, mən milli və dini ayrı-seçkilik salmaq istəmişəm. Ancaq həmin müsahibədə texniki səhv olmuşdu. Mən də öz növbəmdə dedim ki, o məqsədlə fikir bildirməmişəm” - deyə T.Yaqublu o vaxt prokurorluqdan çıxandan sonra Azadlıq Radiosuna bildirmişdi.

Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən etirazlara görə, həbs olunmuş, 2014-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilmişdi.

O, Novruz Bayramı öncəsində ölkə başçısının əfv sərəncamı ilə azadlığa buraxılıb.

Siyasətçi həbsdən çıxdıqdan sonra hökuməti tənqidə davam edib. O, həbsdən çıxandan sonra keçirdiyi mətbuat konfransında “Azərbaycanda siyasi məhbuslar probleminin arxasında şəxsən prezident İlham Əliyev durur” demişdi.

Buna da bax: T. Yaqublu: "Faciəmi yaşamaq üçün ayrıca otağa ehtiyacım vardı, amma...

T. Yaqublu: "Faciəmi yaşamaq üçün ayrıca otağa ehtiyacım vardı, amma...
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

XS
SM
MD
LG