Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:12

'Böyük Oktyabr'ın böyük yaşıdı...


Tofiq Quliyev
Tofiq Quliyev

Bu gün bənzərsiz Azərbaycan bəstəkarının 100 yaşı tamam olur.

2017-ci il noyabrın 7-də Azərbaycanın böyük bəstəkarı Tofiq Quliyev 100 yaşını tamamlayır.

Gələcəyin böyük bəstəkarı 1917-ci ilin tarixdə qara iz buraxmış həmin günündə Bakının Bilgəh kəndində Ələkbər kişinin ailəsində doğulmuşdu.

«Böyük Oktyabrın yaşıdı» daha sonra bolşeviklərin işğal etdiyi Bakıda böyüdü, yaşa doldu, özünə sənət seçdi.

Bəstəkar, pianoçu, dirijor kimi şöhrətləndi.

Azərbaycanda bir çox ilklərə imza atdı.

Caz və estrada musiqisinin əsasını qoydu.

70-dən çox filmə musiqi yazdı.

Saysız mahnılar bəstələdi.

Və mahnıları dillər əzbəri oldu.

Dövrün ən məşhur müğənniləri onun mahnılarını oxudu.

Tofiq Quliyev uzun bir ömür yaşadı.

Ən uca mükafatlara, adlara layiq görüldü.

2000-ci il oktyabrın 4-də doğulduğu şəhərdə də gözlərini əbədi yumdu.

«Böyük Oktyabr»da doğulan böyük bəstəkar Oktyabrı üstələdi.

Ömrü ondan uzun oldu...

Və Oktyabrdan fərqli olaraq, tarixə adını qanla deyil, qızıl hərflərlə yazdırdı.

O üzdən ölümsüzlük qazandı.

Bu gün «Böyük Oktyabr»ı kim xatırlayır ki?

Tofiq Quliyevsə hər an dillər əzbəri olan mahnılarında yaşayır.

Həmişə belə olacaq!

100 yaşlı böyük bəstəkarın ruhuna min rəhmət!!!

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG