Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:53

Tixanovskaya Lukaşenkaya ultimatum verir


Svyatlana Tixanovskaya

Belarusda prezidentliyə keçmiş namizəd Svyatlana Tixanovskaya bəyan edib ki, Alyaksandr Lukaşenkaya qarşı etiraz aksiyalarının iştirakçıları ona “Xalq ultimatumu” elan edirlər.

Bu ultimatuma görə Lukaşenka oktyabrın 25-dək müxalifətin tələblərini yerinə yetirməlidir.

Tixanovskayanın Telegram kanalında verilmiş bəyanatda deyilir ki, 9 avqust prezident seçkisinin rəsmən qalibi elan olunmuş Lukaşenka göstərilən müddətdə istefaya getməlidir.

Bu da qeyd olunur ki, Lukaşenkanın legitimliyini nə müxalifət, nə də Avropa İttifaqı tanıyır.

Avropa İttifaqı Belarusda keçirilmiş prezident seçksinin saxtalaşdırıldığını elan edib.

Tixanovskaya 13 gün vaxt qoyub

Tixanovskya habelə etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılığın dayandırılmasını və bütün siyasi məhbusların azad olunmasını tələb edir.

Müxalifət lideri yazır ki, Lukaşenka oktyabrın 25-dək istefa verməsə, oktyabrın 26-dan Belarusda ümumölkə tətili başlanacaq.

Bundan başqa bütün yolların bağlanacağı, dövlət mağazalarında işin dayandırılacağı bildirilir:

"Sizin üç şərti yerinə yetirmək üçün 13 gün vaxtınız var. Bizim də hazırlaşmaq üçün 13 gün vaxtımız var”.

Tixanovskaya hakimiyyətin dialoq haqqında iddialarını rədd edib və hökumətin hərəkətlərini “dövlət terroru” adlandırıb.

O bir daha hüquq-mühafizə orqanlarını “xalqın tərəfinə keçməyə” çağırıb.

Lukaşenkaya qarşı etiraz aksiyaları 9 avqust prezident seçkisinin nəticələri elan ediləndən bəri davam edir.

Hakimiyyətin qəddarlığı artır

Rəsmi nəticələrə görə Lukaşenka səslərin 80 faizini qazanmaqla qalib olub. Onun rəqibi Tixanovskayanın 10 faizdən biq qədər çox səs qazandığı elan olunub.

Svyatlana Tixanovskaya hazırda Litvadadır. O faktiki olaraq ölkədən qaçmağa məcbur edilib.

O Belarus müxalifətinin lideri qismində Avropa İttifaqının liderləri ilə görüşlər keçirib.

Son günlər hakimiyyət Minsk və başqa şəhərlərdə keçirilən aksiyaların iştirakçıları ilə xüsusi qəddarlıqla davranmağa başlayıb.

Ötən bazar günü Belarusda 400-dək etirazçı saxlanıb. Ölkənin Daxili İşlər Nazirliyi ehtiyac olarsa nümayişçilərə qarşı odlu silahdan istifadə olunacağını bildirib.

Etirazlara pensiyaçılar qoşulur

Oktyabrın 12-də Belarusda keçirilən etirazlara pensiyaçılar da qoşulublar.

Minskin bəzi yerlərində barrikadaların qurulduğu və avtomobil təkərlərinə od vurulduğu xəbər verilir.

Lukaşenka iddia edir ki, ona qarşı etirazların arxasında Qərb dayanır.

O ötən şənbə günü Minskdəki təcridxanada onun seçkidə opponenti olmuş siyasi məhbuslarla görüşüb.

Bu görüşdə müxalifətin Koordinasiya Şurasının üzvləri, habelə prezidentliyə namizədlər – Viktor Babariko və Svyatlna Tixanovskayanın əri Sergey Tixanovski də var idi.

Görüş zamanı konstitusiya islahatının müzakirə olunduğu deyilir.

Görüşdən sonra danışıqların 12 iştirakçısından ikisi sərbəst buraxılıb.

https://www.svoboda.org/a/30890829.html

Şərhlər

XS
SM
MD
LG