Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:10

Tillerson deyib ki, Suriyanın gələcəyində Assad-a yer yoxdur


ABŞ dövlət katibi Rex Tillerson (solda) və BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Cenevrədə görüşüblər
ABŞ dövlət katibi Rex Tillerson (solda) və BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Cenevrədə görüşüblər

ABŞ-ın dövlət katibi Rex Tillerson deyib ki, Birləşmiş Ştatlar prezident Bashar al-Assad üçün Suriyanın gələcək hökumətində yer görmür.

Tillerson oktyabrın 26-da Cenevrədə BMT-nin Suriyadakı xüsusi səfiri Staffan de Mistura ilə görüşdən sonradeyib ki, "Assad ailəsinin hökmranlığı sona çatır".

Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar Suriyanı Assad-sız və vahid dövlət kimi görür.

Onun sözlərinə görə əsas məsələ, “bunun necə həyata keçirilməsidir”.

Tillerson-la görüşdən sonra de Mistura deyib ki, Suriyada sülh üzrə növbəti Cenevrə danışıqlarını noyabrın 28-də təşkil etmək niyyətindədir.

Bundan əvvəl Cenevrədə Suriyaya dair keçirilən danışıqlar çox az uğur gətirib. Bu danışıqların irəliləməsində bir qayda olaraq əsas maneə Assad hakimiyyətinin taleyi məsələsi olub.

Suriya münaqişəsində Rusiya və İran prezident Bashar al-Assad-ın hakimiyyətini, ABŞ və Türkiyə isə onu devirmək istəyən qiyamçı qruplaşmaları dəstəkləyirlər.

Rusiyanın təşəbbüsü və İranla, Türkiyənin iştirakılə Suriyaya dair ayrıca danışıqlar həm də Qazaxıstanın paytaxtı Astanada keçirilib.

Bu danışıqlar əsas etibarilə münaqişə bölgəsində atəşkəsin əldə edilməsinə həsr olunub. Astana danışıqlarının növbəti dövrəsi oktyabrın 30-31-də keçirilməlidir. Birləşmiş Ştatlar bu danışıqlarda müşahidəçi kimi iştirak edir.

Tillerson deyib ki, Assad-ın hakimiyyətdən getməsi Cenevrə prosesi vasitəsilə olmalıdır. Lakin o əlavə edib ki, Suriya prezidentinin postunu tərk etməsi prosesin davam etdirilməsi üçün ilkin şərt deyil.

Bu arada Suriyada ABŞ tərəfindən dəstəklənən birləşmiş ərəb-kürd qüvvələri – SDQ İslam Dövləti ekstremist qruplaşmasına qarşı döyüşlərdə böyük uğurlar qazanıb. Suriya Demokratik Qüvvələri İD-in de facto paytaxtı sayılan Raqqanı ələ keçirib.

Rusiya prezidenti Vladimir Putin deyib ki, Suriyanın 90 faizi “terrorçulardan” azad edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG