Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 05:52

Senat Exxon Mobil şirkətinin keçmiş şura sədri və icraçı direktoru Rex Tillerson-u Birləşmiş Ştatların dövlət katibi vəzifəsinə təsdiq edib.

64 yaşlı texaslı Senat səsverməsindən 56-43 çoxluğu ilə keçib.

Bundan əvvəl demokratların boykotuna baxmayaraq Trump-ın səhiyyə və maliyyə nazirləri namizədlərinin təsdiq edilməsinə yol açmaq üçün Senatın respublikaçı çoxluğu səsvermə qaydalarını dəyişib.

İndiyədək heç vaxt siyasi və diplomatik post tutmayan Tillerson-un namizədliyi onun Rusiya ilə biznes bağlarına görə Senat komitəsində müqavimətlə qarşılanmışdı.

Keçmiş neft şirkəti başçısı Rusiyanın dövlət neft şirkəti Rosneftlə milyardlarla dollarlıq kontrakt imzalamış və 2013-cü ildə Kreml tərəfindən Dostluq Ordeni ilə təltif olunmuşdu.

Senat dinləməsi zamanı Tillerson Qərbin Rusiyadan ehtiyatlanmaq üçün əsası olduğunu desə də, Putini “hərbni cani” adlandırmaqdan imtina etmişdi.

Amerikanın baş diplomatı kimi Tillerson ölkəsinin Çin və Rusiya kimi ölkələrlə münasibətlərinə dair danışqılar aparacaq.

ABŞ mətbuatı Tillerson-un Trump-ın siyasətini nə dərəcədə təsirləndirə biləcəyi barədə suallara cavab axtarır.

Günün bütün mövzuları

XS
SM
MD
LG