Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:09

Mike Pompeo MKİ-nin başçısı oldu, Tillerson komitədən 'keçdi'


Mike Pompeo
Mike Pompeo

ABŞ Senatı Donald Trump-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsinə namizədi Mike Pompeo-nu asanlıqla təsdiq edib.

Eyni zamanda dövlət katibi vəzifəsinə namizəd Rex Tillerson kiçik səs çoxluğu ilə Senatın Xarici Əlaqələr Komitəsindən keçib.

Senatda keçirilən səsvemədə Mike Pompeo 66-32 nisbətində nəticə ilə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olub.

Senat komitəsi keçmiş ExxonMobil başçısı Rex Tillersonun namizədliyini təsdiq edib
Senat komitəsi keçmiş ExxonMobil başçısı Rex Tillersonun namizədliyini təsdiq edib

Exxon Mobil şirkətinin keçmiş rəhbəri Rex Tillerson-un dövlət katibliyinə namizədliyi Senat komitəsindən 11 leyhinə, 10 əleyhinə nisbəti ilə keçib. Bu komitənin üzvlərindən 11-i respublikaçı, 10-u demokratdır. Komitədə respublikaçıların minimal çoxluğu Trump-ın dövlət katibinə yaşıl işıq yandırıb.

Komitənin sədri Bob Corker deyib ki, o, Tillerson-un enerji nəhənginə rəhbərlik zamanı qazandığı təcrübənin miqyasına şübhə etmir.

Lakin komitənin demokrat üzvü, senator Ben Cardin deyib ki, o Tillerson-un əleyhinə səs verib, çünki keçmiş Exxon Mobil başçısının Rusiyaya qarşı sanksiyalara dair suallara cavabları onu qane etməyib.

Tillerson-un namizədliyi Senatın tam heyətdə sessiyasında təsdiq olunmalıdır, lakin orada respublikaçılar 52 səslə çoxluğa malikdirlər.

Tillerson-un ən qatı tənqidçilərindən, respublikaçı Marco Rubio demişdi ki, onun Rusiyanın Suriyada cinayət törətdiyini deməkdən imtina etməsinə baxmayaraq, bu namizədliyi dəstəkləyəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG