Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:07

Tillerson ABŞ sanksiyalarının İran xalqını hədəfləmədiyini deyir


ABŞ dövlət katibi Rex Tillerson deyib ki, Birləşmiş Ştatların İrana qarşı sanksiyaları İran xalqını və ya başqa ölkələrin “legitim” biznes fəaliyyətlərini yox, Tehranın “sabitsizləşdirici fəaliyyətlərini” hədəfləyir.

Tillerson bu bəyanatı oktyabrın 25-də Hindistan xarici işlər naziri Suşma Svarajla Nyu Delhidə keçirilən danışıqlarından sonra verib.

O deyib ki, “biz rejimə qarşı sanksiyalar qoyarkən məqsədimiz bu bəd əməllərə aid fəaliyyətləri pozmaqdır”.

Dövlət katibi “bəd əməllər” sırasında İranın ballistik raket sınaqlarını, “terrorçu təşkilatlara silah ixracını” və Suriya və Yəməndəki münaqişələrə müdaxiləni sadalyıb.

ABŞ prezidenti Donald Trump-ın administrasiyası İrana qarşı daha sərt xətt tutub və Birləşmiş Ştatların İranla bağlanmış 2015-ci il nüvə sazişindən çıxa biləcəyi ilə hədələyib.

Bu arada Vaşinqton Tehranın raket proqramı və başqa “sabitsizləşdirici hərəkətləri” ilə bağlı fərdlər və vahidlər üzərinə bir sıra yeni sanksiyalar elan edib.

Tillerson deyib ki, “bizim davamız İran xalqı ilə deyildir, bizim fikir ixtilaflarımız isə inqilabi rejimlədir”.

Tillerson habelə bildirib ki, Birləşmiş Ştatlar “İran daxilində müasir səsləri dəstəkləmək” istəyir.

Dövlət katibi deyib ki, o İran daxilində “güclü hiss və dəyərlərin” olduğundan xəbərdardır və “İran xalqı bir gün hökumətə nəzarəti öz əlinə alanda, biz bu hiss və dəyərlərin təbliğ olunmasını istəyirik”.

Hindistanın İranın Çabahar portuna yüz milyonlarla dollar investisiya yatırmaq planları barədə suala cavab olaraq Tillerson deyib ki, o bu layihə və ABŞ-ın sanskiyalara çağırışı arasında “ziddiyyət” görmür.

O əlavə edib ki, Vaşinqton istər Avropada, istərsə də Hindistanda “legitim biznes fəaliyyətlərinə müdaxilə etmək istəmir”.

Trump bu ay İranın nüvə sazişinin “ruhunu” pozduğunu deyərək, onun saziş öhdəliklərinə əməl etdiyi barədə şəhadətnaməni imzalmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG