Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 22:15

Tikintiyə 100-dən çox sənəd lazımdı...


►Nazir tikinti şirkətlərinə islahat vəd edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tikinti şirkətlərinin rəhbərləri ilə görüşərkən mövcud problemlərə diqqət çəkib.

O, belə problemlər sırasında elektrik, su, kanalizasiya xətlərinin çəkilişində və digər məsələlərdə texniki şərtlərin dəqiqləşdirilməsinə də ehtiyac duyulduğunu bildirib.

Nazir yaxın vaxtlarda FHN-də istifadəyə veriləcək elektron sistemin tikinti sahəsində “vahid pəncərə” rolunu oynayacağını da vurğulayıb.

Son 12 ildə inşaat sektorunun Azərbaycanda ən çox gəlişən sahələrdən biri olduğunu qeyd edən nazir indən belə tikinti şirkətlərinin heç bir əngəllə üzləşməyəcəklərinə söz verib.

“Doing Business”də Azərbaycanın ən pis göstəricisi tikinti sektoruna aiddir

Beynəlxalq hesabatlar nazirin inşaat sektoru haqqında nikbin sözlərini təsdiqləmir. Dünya Bankı Qrupunun “Doing Business-2016” hesabatında Azərbaycan ən pis göstəricini tikintiyə icazələrin alınması indikatorunda göstərib və 189 ölkə arasında 114-cü yerdə qərarlaşıb.

Hesabata görə, tikintiyə icazə qərarı 203 gün müddətində müəyyənləşdirilir. Bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının göstəricilərindən 51 gün, Avropa və Mərkəzi Asiya göstəricilərindən 27 gün çoxdur. Prosedurların sayı da (18) beynəlxalq göstəriciləri, uyğun olaraq, 6 və 3 prosedur aşmaqdadır.

Düzdür, Azərbaycan hökuməti tikintiyə icazələrin sadələşdirilməyə bir neçə dəfə cəhd göstərib. Prezident İlham Əliyev sahibkarlığın inkişafına dair 3 mart 2014-cü il tarixli fərmanında tikintiyə icazələrin sadələşdirilməsini tələb edib və dövlət qurumlarına tikintiyə icazələrin prosedur və müddətlərin azaldılması üçün qanunlara dəyişikliklərlə bağlı təkliflər hazırlamalarını tapşırıb.

Eyni məsələyə dövlət başçısının 27 oktyabr 2015-ci il tarixli fərmanında da toxunulub. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına dair bu fərmanda hökumətə tapşırılıb ki, çoxmənzilli binaların tikintisinə, həmin binaların istismarına icazə verilməsi, eləcə də yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi üçün təkliflər hazırlansın. Buna müddət də qoyulub - bir ay.

Qısası, icazələrlə bağlı söz və vədlər var, amma əməl yoxdur.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

“100-dən artıq sənəd tələb olunması anormaldır”

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının fikrincə, tikintiyə icazələr şəffaf olmalı, nəzarət mexanizmi bir mərkəzdə birləşməli, ən əsası, tikinti ilə məşğul olan şirkətlərin öhdəlikləri artırılmalıdır:

"Yəni 10 manat nizamnamə kapitalı olan MMC bu sahəyə buraxılmamalıdır. 100-dən artıq sənəd tələb olunması anormaldır. İcazəni bir, inşaat pasportunu ayrı qurumun, istismar aktını da tam başqa təşkilatın verməsi düzgün yanaşma deyil. Cənab prezident də müşavirədə bunun tikinti sektorunun inkişafına mane olduğuna toxundu”.

“Daşınmaz əmlakın qeydiyyatına görə ilk 10-luqda, amma...”

Ekspert bildirir ki, bu sahənin inkişafı, xaricdən investisiya cəlbi üçün rüşvət və korrupsiya halları aradan qaldırılmalıdır:

“Bu cür bürokratik problemlər ölkəmizin beynəlxalq nüfuzlu qurumlardakı mövqeyinə mənfi təsir göstərir. Məsələn, Azərbaycan "Doing Business" hesabatında daşınmaz əmlakın qeydiyyatına görə ilk 10-luqda, amma tikintiyə icazələrin verilməsinə görə ən sonuncu yerlərdən birini tutur. Bu da öz növbəsində ölkənin tikinti sektoruna xaricdən investisiya cəlb olumasına mənfi təsir göstərir".

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalında izləyin:

XS
SM
MD
LG