Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Noyabr, şənbə, Bakı vaxtı 19:16

'Tik, idarə et, təhvil ver' modeli işə düşür


Bakı, 28 may meydanı

İki il əvvəl gündəmə gələn "Tik - idarə et - təhvil ver" modelinin işə düşmək üzrə olduğu bildirilir.

İqtisadiyyat Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) bü model əsasında yataqxanaların tikintisindən ötrü tender elan edib. Nazirlik investorlara təkliflərin təqdim edilməsindən ötrü iki aylıq müddət verir.

Nazirliyin məlumatına görə, yataqxanalar bir neçə il əvvəl Y. Hacıbəyli və A. Bakıxanov küçələrinin kəsişməsində sökülən yaşayış binalarının ərazisində tikiləcək. Ərazi 0,9 hektar sahəni əhatə edir. Kompleks iki binadan (beş mərtəbəli və 9 mərtəbəli), sosial infrastrukturdan əlavə 1-dən 8-dək yerlik 190 otaqdan ibarət olacaq. Layihəyə əsasən, yataqxanalar 784 müəllim və tələbədən ötrü nəzərdə tutulub.

Tenderin şərtllərinə görə, müsabiqədə azı 3 şirkət iştirak etməlidir. Qanunvericiliyə əsasən, tikinti obyektinin idarə edilməsi müddəti 49 ilədək ola bilər.

ADNSU yataqxanaları "Tik - idarə et - təhvil ver" modeli üzrə inşa ediləcək ilk binalar olmalıdır.

Xatırlatma

Azərbaycan parlamenti 2016-cı ildə «Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusimaliyyələşmə əsasında həyata keçirilməsi haqqında qanun»u qəbule dib.

Həmin qanun tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə sistemiəsasında, “Tik, idarə et, təhvil ver” modelinə uyğun həyata keçirilməsini nəzərdə tutur.

Bu modelin mahiyyəti ondan ibarətdir ki, dövlət müqavilə əsasında infrastruktur obyektlərin tikintisini, onlarınmaksimum 49 il müddətinə idarə edilməsini və gəlirləri investorlara təklif edir.

Bu müddət bitdikdən sonra həmin obyektlər əvəzsiz qaydada dövlətə təhvil verilir. Milli Məclis həmçinin “Tik, idarə et, təhvil ver” prinsipi ilə tikintiyə investisiyalar dövlət rüsumundan azad edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG