Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:35

'Təcili əməliyyat olunmalıyam, növbəmi gözləyirəm'


Tibbi sığorta ödənişi artırlır, tibbi xidmətin keyfiyyəti də yüksələcəkmi?
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Tibbi sığorta ödənişi artırlır, tibbi xidmətin keyfiyyəti də yüksələcəkmi?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə daha 7 tibb müəssisəsi ilə müqavilə bağladığını açıqlayıb. Nəticədə Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 27-dən 34-ə yüksəlib. Rəsmi açıqlamaya görə, Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2 min 550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət müəssisələrində istifadə etməlidirlər. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində uyğun xidmətin göstərilməsi mümkün olmayanda müqaviləli tibb müəssisəsinə göndəriş verilir.

"Beş aydır əməliyyat üçün növbəyə dursam da…"

Bakı sakini Adil Muradov (adı şərtidir) AzadlıqRadiosuna bildirib ki, təcili əməliyyata ehtiyacı olsa da, hələ də növbəsini gözləyir: "70-dən çox yaşım var. Ayağımdan təcili əməliyyat olunmalıyam. İcbari Tibbi Sığortası çərçivəsində artıq beş aydır əməliyyat üçün növbəyə dursam da, hələlik, bir xəbər yoxdur".

İcbari tibbi sığorta kimə yar, kimə azar oldu? | icmal-araşdırma
Gözlə

No media source currently available

0:00 0:09:30 0:00

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə "Turan"a bildirilib ki, təcili və təxirəsalınmaz hal olarsa, vətəndaşlar istənilən vaxt yaxınlıqdakı tibb müəssisəsinə müraciət edə bilərlər: "Bu zaman xəstəxana Agentliyə müraciət edir və Agentlik Xidmətlər Zərfində göstərilmiş tariflərlə həmin ödənişi həyata keçirir".

+ 300

Qurumdan qeyd olunub ki, Zərfə 300 tibbi xidmətin də əlavə edilməsi nəzərdə tutulub: "Bu, travmatoloji, oftalmoloji və kardioloji xidmətlərlə bağlıdır. Lakin, hələlik, yeni Zərf təsdiqlənməyib və 2021-ci ildə verilən 2 min 550 sayda tibbi xidmətlər davam edir. Bu, təxminən 3 min 500 diaqnozu əhatə edir".

Qurumdan xatırlanıb ki, ölkə üzrə icbari tibbi sığortanın tətbiqi 2021-ci ilin aprelindən başlanıb: "Bu gün icbari tibbi sığorta haqqını ödəyən 1 milyon 700 min vətəndaş var. Amma Azərbaycanda qəbul edilən qanuna görə, 2024-cü ilə qədər həm sığorta haqqını ödəyən, həm ödəməyən vətəndaşlar sığortalı hesab olunur".

'Yalan söhbətdi, bütün analizlərə pul aldılar ' - Bakıda icbari tibbi sığorta
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

"…Əksər dövlət müəssisələrində yoxdur"

"Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev isə deyir ki, hazırda dövlət tibb müəssisələrində bəzi mürəkkəb əməliyyatları həyata keçirə bilmirlər: "Məsələn, ürək müayinəsində ən vacib üsullardan biri olan koronar angioqrafiyanı həyata keçirmək üçün cihaz əksər dövlət müəssisələrində yoxdur. Digər tibb sahələrində də vəziyyət oxşardır. Ona görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məcbur olaraq bəzi özəl tibb müəssisələri ilə müqavilə bağlayıb ki, orada maddi-texniki baza güclüdür". Mütəxəssisin sözlərinə görə, bu, vətəndaşlar üçün xeyirli addımdır: "Çünki vətəndaş dövlət tibb müəssisələrində müayinə və müalicə olunmaq üçün növbəyə durmalıdır. Bu da onun həyatı üçün risk yarada bilər. Həm də kadr məsələsi baxımından özəl klinikalar daha öndədir. Dövlət xəstəxanalarında verilən maaş mütəxəssisi qane edə bilməz, ona görə də əksəriyyəti özəl müəssisələrdə çalışırlar".

A.Qeybulla
A.Qeybulla

"Çox ciddi problemlər var"

Tibb üzrə elmlər doktoru Adil Qeybulla isə AzadlıqRadiosuna bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı çox ciddi problemlər var: "Bunlar birinci növbədə həkimlərə maaşın təyin edilməsi məsələsidir. Fiks olunmuş maaşların tətbiq edilməməsi bu işi xeyli problemlərlə üzləşdirir, həkimlərdə narazılıq yaradır və keyfiyyətli xidmət göstərməsinə imkan vermir".

Lakin onun fikrincə, icbari tibbi sığorta ümumilikdə sosial müdafiə sisteminin mühüm bir elementidir: "Bu, mütləq davam etməlidir".

Xatırlatma

Azərbaycanda "Tibbi sığorta haqqında" Qanun 23 il əvvəl qəbul edilib. Ancaq yalnız ötən ilin aprelindən bütün ölkədə tətbiq edilməyə başlanıb. Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib. O, bir də bundan 9 il sonra -2016-ci il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib. 2017-ci ildən Azərbaycanın bir neçə rayonunda icbari sığorta pilot layihələr kimi yerinə yetirilməyə başlanmışdı.

İcbari tibbi sığorta üzrə sığorta haqlarının məbləği və dərəcələri "Tibbi sığorta haqqında" Qanuna əsasən müəyyən olunub. Dövlət, neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 min manata qədər olan hissəsindən 2, bundan yuxarı hissindən isə 0.5 faiz icbari tibbi sığorta haqqı tutulmalıdır. Qeyri-dövlət, qeyri-neft sektorunda çalışanlarda bu, uyğun olaraq, 1 və 0.5 faiz təşkil edir.

Vergi ödəyicisi kimi vergi uçotuna alınan fiziki şəxslər isə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər. Bir sıra kateqoriyadan olan vətəndaşların icbari tibbi sığortası tam dövlət hesabına təmin ediləcək. Bunlar 18 yaşadək uşaqlar, əyani təhsil alan tələbələr, pensiyaçılar, sosial müavinət alanlar, hamilə qadınlardır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG