Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:16

Azərbaycanda tibbi müayinə pulsuzdurmu?


Kyrgyzstan - medicine, doctor, hospital, operation, diagnosis, diagnostics, generic, undated
Kyrgyzstan - medicine, doctor, hospital, operation, diagnosis, diagnostics, generic, undated

Prezident İlham Əliyev deyib ki, ildə 5 milyon nəfər ödənişsiz tibbi müayinədən keçir.

Amma Bakıda AzadlıqRadiosunun müxbirinin adamlarla söhbətindən görünür ki, əksəriyyət bundan ya xəbərsizdir, ya da ödənişsiz tibbi müayinə ediləcəkləri yeri tapa bilmirlər.

56 yaşlı Bakı sakini Gülsəfa Axundova da belələrindəndir. Deyir ki, canı ağrısa da imkansızlıqdan həkimə gedə bilmir:

"İndi hamısı puldur. Aparat, rentgen, hamısı puldur. Pulsuz kim baxar ki? Mənim mədəmdə qanaxma olub. Pulsuzluqdan gedib müalicə oluna bilmirəm. Elə bir təhər dərman atıb keçinirəm".

Pulsuz tibbi müayinə son illər Azərbaycan rəsmilərinin ən çox danışdıqları məsələlərdəndir. Hökumət illərdir bəyan edir ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə, bütün vətəndaşların vaxtlı-vaxtında tibbi müayinələrdən keçməsinə çalışırlar.

Səhiyyədə “xəstəliklərin müalicəsi” prinsipindən “xəstəliklərin profilaktikası” prinsipinə keçid - İlham Əliyevin 2018-ci il seçki proqramındakı hədəflərdən biridir.

İlham Əliyev martın 27-də Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışındakı çıxışında da bu mövzuya toxunub. Bildirib ki, gələcəkdə Azərbaycana digər ölkələrdən də müalicə üçün gələnlər olacaq. Bununla da ölkədə tibbi turizm də infişaf edəcək:

"Bir neçə ildir ki, Azərbaycanda tibbi müayinə dövlət tərəfindən pulsuz icra edilir. Hər il 5 milyon azərbaycan vətəndaşı bu xidmətdən istifadə edir. Bir neçə il öncə mənim təşəbbüsümlə bu məsələ öz həllini tapmağa başlayıb".

İlham Əliyev vurğulayıb ki, Azərbaycanda əsas xəstəliklərin müayinə və müalicəsi mümkündür.

Amma həkim Vasif İsmayıl hesab edir ki, Azərbaycanda hər bir xəstəliyin proflaktikası hələki mümkün deyil. O, tibbi müayinələrə əngəl yaradan bəzi səbəbləri sadalayır:

"Əvvəlla Azərbaycanda kadr potensialı yoxdur. Düzdür mən özüm də çıxışlarımda bildirirəm ki, son illər Azərbaycanda kadr potensialı güclənib. Amma bu o demək deyil ki, biz lazım olan səviyyəyə çatmışıq. İnsanları öldürə biləcək səbəbləri aradan qaldıra biləcək kadrlarımız var. Amma insanların daha yaxşı yaşamasını təmin edən kadrlarımız yoxdur".

Vasif İsmayıl əlavə edir ki, hətta Azərbaycanda elə həkim ixtisasları var ki, o sahəyə gedib, işləmək istəyənlər yoxdur. Çünki o sahədə pul yoxdur. Onun sözlərinə görə bu da son illər terapevt, revmatoloq kimi ixtisasları seçənlərin sayının azalmasına gətirib çıxarıb.

Tibbi müayinə olunmaq istəyən şəxs ilk olaraq, terapevtin yanına gedir. Belə çıxır ki, Azərbaycanda bu sahəyə tələbat olmadığından terapevt ixtisaslarını seçənlər azalır.

Həm rəsmilər, həm ekspertlər beynəlxalq təcrübəyə istinad edərək, bu problemin həllini icbari tibbi sığortanın tətbiqində görürlər.

Başqa sözlə hər bir vətəndaşın ildə bir dəfə hərtərəfli tibbi müayinəsi əsas tələblərdən biri olur.

Azərbaycanda 2017-ci ildən pilot olaraq, Mingəçevir və Yexlaxda icbari tibbi sığortanın icrasına başlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG