Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:35

Tibbi xərclər 100 milyon insanı müflis edir


Əməliyyat
Əməliyyat

Dünyada milyonlarla insan maliyyə iflası ilə üzləşir. Onlar ağır xəstəlik və ya qəza nəticəsində böyük tibbi xərcləri ödəyə bilmirlər, nəticədə bütün aktivlərini itirirlər.

Ancaq icbari sığortanın olduğu ölkələrdə bu dəhşətli ssenariyə nadir hallarda rast gəlinir. Belə sistemlər insanları maliyyə fəlakətindən qoruyur. Milli tibb sxeminin olmadığı ölkələrdə isə belə arzuolunmaz hallar çoxdur.

«Bu gün 100 milyonadək insan tibbi xərclərə görə yoxsulluğa yuvarlanır... Bu, sadəcə, pul məsələsi deyil, həm də siyasi iradə, siyasi seçim məsələsidir. Sən dünyada ən zəngin ölkələrdən biri olmasan da, hər kəsə tibbi sığorta verə bilərsən», – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tibb sistemləri və innovasiya direktoru Rudiger Krech deyir.

Krech aşağı gəlirli ölkələrdən Kuba və Kosta-Rikanı misal göstərir. Bu ölkələrin yaxşı səhiyyə sistemi var. Dünyanın ən zəngin ölkələrindən olan ABŞ-da isə insanlar öz gəlirlərinin xeyli hissəsini tibbi xidmətlərə xərcləməli olurlar.

«Biz bunu «katastrofik tibbi xərclər» adlandırırıq, çünki insanlar böyük qəza və ya açıq ürək əməliyyatı keçirəndə bütün varidatlarını itirirlər və deməli, bu hal insanları yoxsulluğa sürükləyir», – o deyir.

Tibbi sığorta Azərbaycanda və Gürcüstanda
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Dünyanın yarısının tam tibbi sığortası yoxdur

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, dünya əhalisinin ən azı yarısının əsas tibbi xidmətlər üçün tam sığortası yoxdur. Hesabatda deyilir ki, 800 milyondan artıq insan, – bu isə dünya əhalisinin 12%-i deməkdir – öz ailə büdcəsinin azı 10%-ni tibbi xidmətlərə xərcləyir. 2015-ci ildə bütün dünyada tibbi xidmətlərə 7.3 trilyon dollar pul xərclənib. Bu, dünyanın ümumi ÜDM-sinin 10%-nə yaxın rəqəmdir.

ÜST-nın missiyası bütün insanlar və icmaların maliyyə sıxıntısı yaşamadan ehtiyacları olan tibbi xidmətləri almasını mümkün etməkdir... O, 7 aprelin – Dünya Sağlamlıq Günündən yararlanaraq, BMT-nin dayanıqlı inkişaf məqsədlərindən birini, 2030-cu ilədək dünya ölkələrinin 90%-nin ümumi tibbi sığortanı qəbul etməsini təşviq edir.

«Məncə bu, bütün dünyada insanların can atmalı olduğu məqsəddir... Mən 2030-ci ilədək buna nail olunacağını deməzdim. Ancaq məncə, bütün ölkələr buna çatmağı istəməlidirlər», – Tayvanın səhiyyə və rifah naziri Shih-Chung Chen deyib.

Ötən il Çin Tayvanın Ümumdünya Səhiyyə Assambleyasında (ÜST-nın baş qərar qəbuletmə orqanı) müşahidəçi qismində iştirakını bloklayıb. Bu səbəbdən Tayvan bu il dəvət olunmayıb.

Azərbaycanın səhiyyə sistemindən razısınızmı? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

23 milyondan çox adamın tibbi sığortası var

«Düşünürəm ki, səhiyyənin əsas insan hüququ olduğunu təsbit etmək üçün heç bir ölkənin təcrübəsi kənarda qalmamalıdır. Biz öz tibbi sığorta sistemimizlə son dərəcə fəxr edirik. Məncə bu, öz təcrübəmizi dünya ilə paylaşmağımız üçün mühüm yol olardı», – Tayvanın səhiyyə naziri deyib.

Tayvanın icbari proqramı olan Milli Tibbi Sığorta 1995-ci ildə işə düşüb. Proqram adanın 23 milyondan artıq sakinini geniş, əlçatan tibbi sığorta ilə təmin edir. Hökumətin hesablamalarına görə, dörd nəfərlik ailə hər ay orta hesabla 100 dollarlıq sığorta haqqı ödəyir. Bu, ölkədəki orta ailə büdcəsinin 2%-i deməkdir. Tayvanda orta uzunömürlülük 80 ilə qalxıb. Bu isə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin orta göstəricisi ilə eynidir.

«Tayvanda insanların 85%-dən çoxu milli tibbi sığortamızdan razılıq bildirir», – Chen deyir.

Nazirin sözlərinə görə, Tayvanın ümumi tibbi xərcləri ölkə ÜDM-sinin 6%-ni təşkil edir. Bu isə dünyada ən aşağı göstəricidir. Məsələn, ABŞ-da bu göstərici 16%-dir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG