Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 07:17

Britaniyanın baş naziri Theresa May parlamentdəki çıxışında deyib ki, keçmiş Rusiya casusu Sergey Skripalın martın 4-də zəhərlənməsinin iki mümkün səbəbi var.Onun sözlərinə görə bu ya Rusiya dövlətinin birbaşa göstərişi ilə baş verib, ya da Moskva sözü gedən zəhərli maddə üzərində nəzarətə malik deyil.

Beləliklə London Skripala qəsd edilməsində birmənalı şəkildə Moskvanı ittiham edib.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Britaniyanın baş naziri Theresa May Rusiyanı keçmiş kəşfiyyat casusu Sergey Skripalın qətlinə cəhddə ittiham edə bilər. Theresa May parlamentdə aparılan müzakirədə deyib ki, Skripalın zəhərlənməsi böyük bir ehtimalla Moskvanın əməlidir.

Bu barədə məlumatı Britaniya parlamenti xarici işlər komitəsininin rəhbəri Tom Tugenhat verib.

Onun sözlərinə görə bu barədə bəyanat artıq hazırlanmaqdadır. Bu məsələ hazırda ölkənin milli təhlükəsizlik şurasında müzakirə olunur. Millət vəkili izah edib ki, Skripalın həyatına qəsdə Rusiya hakimiyyət orqanlarının xeyir-dua verdiyi hiss olunur.

The Times qəzetinin verdiyi məlumata görə Britaniyanın xüsusi xidmətləri Moskvanın Skripalın zəhərlənməsində istifadə olunmuş kimyəvi maddə ilə əlaqəsini isbat etməuyə hazırdır. Qəzet bunu da yazır ki, nazirlər Moskvaya sərt reaksiya verilməsini tələb edilər. Bu mənada xüsusi addım kimi Rusiya diplomatlarının ölkədən qovulması, habelə Britaniyada daimi yaşayan rusiyalıların vizalaarının ləğv edilməsi təklif olunur.

Financial Times qəzeti də Britaniya hökumətinin bu hadisəyə mümkün reaksiyalarından yazıb. Rusiyaya qarşı ən sərt maliyyə və digər tədbirlərin görülməsini Britaniyanın xarici işlər naziri Boris Johnson istəyir.

Bundan əvvəl Britaniya mətbuatı yazırdı ki, London Skriplaın zəhərlənməsində Moskvanın rolu isbat edilərlərsə, Rusiyaya qarşı Avropa ilə əlaqləndirilmiş tədbielərin görülməsi məsələsini müzakirə edir.

Sergey Skripal keşmiş hərbi kəşfiyyat casusudur. O öz vətəni Rusiyada Britaniyanın xeyrinə casusluqda ittiham edilib. Onu 2010-u ildə ABŞ-da ifşa olunmuş agentlərlə dəyişdiriblər.

Martın 4-də Skripal və onun qızı Yuliya əsəb-sinir sisteminə təsir edən kimyəvi maddə ilə zəhərləniblər.

Onlara ilk yardım göstərməyə çalışan polis nəfəri də zəhərlənib və hazırda xətəxanadadır.

Deyilənlərə görə keçmiş Ruisya casusu həyatına qəsd ediləcəyinə dair narahatlıqlarını Brirtianiya kəşfiyyatına bildiribmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG