Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:23

Londonda "Brekzit"lə bağlı təkrar referendum tələbi ilə nümayiş keçirilir


Londonda referendum tələbi ilə nümayiş
Londonda referendum tələbi ilə nümayiş

Londonda Böyük Britaniyanın Avropa Birliyindən çıxmasıyla bağlı təkrar referendumkeçirilməsi tələbi ilə nümayiş keçirilir.

Nümayişdə 100 minlərlə adam iştirak edir.

Britaniyalılar martın 23-ü səhərdən başlayaraq parlamentdən “Brekzit”in (ölkənin Avropa Birliyindən çıxması) ləğv edilməsini tələbilə 4 milyon imza toplayıblar.

London meri Tvitterdə, nümayişçilər arasında videogörüntüsünü də yayıb.

Avropa Birliyi liderləri bu günlərdə “Brekzit” in 2 mümkün senari ilə təxirə salınması barədə razılığa gəliblər.

Britaniyanın baş naziri Theresa May Brüssel sammitində edilən bu təklifi qəbul edib və İcmalar palatasını bu razılaşmanı qəbul etməyə, bununla “qeyri-müəyyənlik” dövrünü aradan qaldırmağa çağırıb.

Avropa Birliyi liderləri uzun danışıqlardan sonra qərara aldılar ki, əgər Britaniya parlamenti gələn həftə bundn əvvəl 2 dəfə rədd etdiyi razılaşmanın layihəsini qəbul etsə, “Brekzit” mayın 22-dək təxirə salınsın.

Əgər İcmalar palatası onu 3-cü dəfə də rədd etsə, onda Britaniya hakimiyyəti aprelin 12-dək növbəti addımlar barədə məlumat verməlidir.

Theresa May Avropa Birliyi liderlərindən “Brekzit”in iyunun 30-a keçirilməsini xahiş etsə də bu hüququ problemlərə görə qəbul olunmayıb.

Xatırlatma.

Britaniya sakinləri 2016-cı ildə keçirilən referendumda cüzi səs çoxluğu ilə ölkənin Avropa Birliyindən çıxmasına səs verdilər.

Prosedur qaydaya əsasən Britaniya 2019-cu il martın 29-da Avropa Birliyindən çıxmalıdır.

Bundan sonra isə 2020-ci ilədək keçid dövrü olmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG