Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

May: Parlament martin 12-dək Britaniyanın Avropa Birliyindən çıxmasına səs verə bilər


Theresa May , Böyük Britaniyanın baş naziri
Theresa May , Böyük Britaniyanın baş naziri

Britaniya parlamenti martin 12-dək ölkənin Avropa Birliyindən çıxmasına səs verə bilər, amma bu gələn həftə baş tutmayacaq.

Bunu Böyük Britaniyanın baş naziri Thereza May fevralın 24-də bəyan edib.

Son günlər hakim Mühavizakarlar partiyasında parçalanma müşahidə olunur-3 nazir leyboristlər və digər müxalifət qüvvələri ilə birləşərək “kəskin Brekzitin” mümkünlüyünü, yəni ölkənin Avropa Birliyindən razılaşmasız çıxmasını əngəlləməyə hazır olduqlarını bildiriblər.

3 mühavizəkar deputat həmçinin partiyadan çıxaraq leyboristlər partiyasından ayrılan bir neçə deputatla “Müstəqillər” adlı yeni fraksiya yaratdıqlarını bəyan ediblər.

Britaniya parlamenti hələ də ölkənin Avropa Birliyindən çıxması ilə bağlı müqaviləni təsdiqləməyib.

Razılaşmaya əsasən isə ölkə martin 29-dək Avropa Birliyindən çıxmalıdır.

Baş nazir Theresa May-ın tərəfdarları təkid edirlər ki, parlament “kəskin Brekziti” əngəlləməməli və baş nazirin Avropa Birliyi ilə danışıqlarda azad manevr etməsinə imkan yaratmalıdırlar ki, razılaşmada güzəştli dəyişikliklər edə bilsin.

May deyir ki, danışıqlar hələlik yaxşı gedir, amma onun parlamenti qane edəcək güzəştlər əldə edə biləcəyi hələ ki, bəlli deyil.

Qeyd edək ki, Britaniya vətəndaşları 2016-cı ildə keçirilmiş referendumda 52-48 faiz səs fərqilə ölkənin Avropa Birliyindən çıxmasına səs verib.

Amma son rəy sorğuları göstərir ki, indi təkrar referendum keçirilsə, britaniyalıların çoxu bunun əleyhinə səs verərdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG