Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:24

Avropa Parlamentinin rəsmisi May-in qərarını alqışlayır


Theresa May və Jeremy Corbyn-in seçki plakatları vitrində əks olunur
Theresa May və Jeremy Corbyn-in seçki plakatları vitrində əks olunur

Avropa Parlamentinin Breksit üzrə aparıcı rəsmisi Britaniyanın Baş naziri Theresa May-in müxalifətdə olan Leyboristlər Partiyası ilə danışıqlara getmək qərarını alqışlayıb, “heç olmamaqdansa, gec olmağı yaxşıdır”, – deyib.

Guy Verhofstadt bildirib ki, May-in Breksit üzrə yaranmış çıxılmaz durumun həllindən ötrü partiya siyasətindən kənara çıxması “yaxşıdır”.

Verhofstadt həmişə deyirdi ki, İcmalar Palatasında partiyaların əməkdaşlığı ən yaxşı, Britaniyanın böhrandan çıxması üçün bəlkə də yeganə yoldur.

***

Britaniya baş naziri Avropadan bir az da vaxt istəyəcək

Britaniyanın baş naziri Theresa May aprelin 2-də deyib ki, o Avropa İttifaqından Brexit danışıqları üçün vaxtın uzadılmasını xahiş edəcək.

Bundan sonra xanım May müxalif Leyborist Partiyasının lideri Jeremy Corbyn-lə birbaşa danışıqlara girəcək.

Reuters yazır ki, bundan əsas məqsəd Avropa İttifaqı ilə artıq razılaşdırılmış saziş təklifinin parlamentdən keçirilməsidir.

Theresa May deyib ki, o ölkənin Avropa İttifaqından çıxışına start verəcək 50-ci maddənin mümkün qədər qısa müddətdə uzadılmasına çalışacaq.

O bildirib ki, Jeremy Corbyn-lə danışıqlarda əsas diqqət Brityaniyanın Avropa İttifaqı ilə gələcək münasibətlərinə yönəldiləcək.

Theresa May bir daha qətiyyətlə bildirib ki, Britaniya sərt breksitçilərin istədiyi kimi İttifaqdan sazişsiz ayrılmayacaq.

Lakin qatı breksitçilər deyirlər ki, Corbyn-lə razılığa gəlmək Britaniyanın vahid Avropa bazarında və vahid gömrük ittifaqında qalması deməkdir.

Theresa May-in öz partiyasından olan 14 nazir belə variantla razılaşmır. Elə buna görə də öz partiyadaşlarından dəstək görməyən baş nazir danışıq təklifi ilə müxalifət düşərgəsinə yollanmaq qərarına gəlib.

Avropa İttifaqına rəğbətli media Theresa May-in ölkənin maraqlarını partiya maraqlarından yüksək tutmasını yazır. Hərçənd bəzi şərhçilər hakim partiya üçün parçalanma riskinin olduğunu istisna etmirlər.

Əsas breksitçilrədən keçmiş xarici işlər naziri Boris Johnson deyib ki, “bizə artıq Breksit sayılmayacaq dərəcədə yumşaq Breksit təklif olunur”.

Onun sözlərinə görə, Avropa İttifaqından belə çıxmaq – çıxmamaq deməkdir.

İndi əsas sözü Avropa İttifaqının 27 üzvü deməlidir. İttifaqın təcili sammiti aprelin 10-a təyin edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG