ABŞ-ın təyyarədaşıyan gəmilərindən biri Fars körfəzinə daxil olub. Bu, prezident Donald Trump ABŞ-ı İranla 2015-ci il nüvə sazişindən çıxarandən bəri hər hansı ABŞ təyyarədaşıyanının körfəzə ilk gəlişidir.
Dekabrın 21-də ABŞ-ın John C. Stennis təyyarədaşıyan gəmisinin Fars körfəzinə gəlməsindən əvvəl Tehran Hörmüz boğazını bağlayaraq beynəlxalq naviqasiyanı dayandıracağı ilə hədələmişdi.
İran İnqilab Keşikçiləri Korpusunun gəmiləri ABŞ təyyarədaşıyanının və onu müşayiət edən zərbə gəmilərinin ətrafında dolaşırlar.
Bu ərazidə dronların uçduğu, habelə ABŞ gəmilərindən kənara yoxlama raketlərinin atıldığı müşahidə edilib.
İran dənizçilərinin ABŞ gəmilərinin şəkil və videolarını çəkdikləri xəbər verilir.
Trump bu ilin əvvəllərində ABŞ-ın 2015-ci il nüvə sazişindən birtərəfli qaydada çıxdığını bəyan edəndən və İran üzərinə boğucu sanksiyalar bərpa olunandan bəri Tehran və Vaşinqton arasında münasibətlər gərginləşib.
ABŞ İranı nüvə və raket proqramlarını inkişaf etdirməklə nüvə sazişinin “ruhunu pozmaqda” ittiham edir.