Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 15:24

Təyyarələrin ehtiyat hissələrinə görə gömrük rüsumu ödənməyəcək


AZAL

Azərbaycan Nazirlər Kabinetinin yanvarın 12-də qəbul etdiyi qərarla hava nəqliyyatı ilə sərnişin və yük daşımalarında istifadə olunan təyyarələrin bütün ehtiyat hissələri, eləcə də aeroportlarda hərəkət edən sərnişin avtobusları idxal gömrük rüsumlarından azad edilib.

TƏŞƏBBÜS «AZAL»DAN GƏLİB

Qərarda göstərilir ki, bu təşəbbüs «Azərbaycan Hava Yolları» QSC-dən gəlib. Məqsəd ölkədə mülki aviasiyanı daha da inkişaf etdirməkdir.

AZAL-da iş etikası baxımından adının çəkilməsini istəməyən mənbə AzadlıqRadiosuna deyib ki, əksər ölkələrdə hava gəmilərinin xaricdən gətirilən ehtiyat hissələrinə, o cümlədən hava limanlarındakı yerüstü qurğuların idxalına görə rüsum tutulmur.

İNDİYƏDƏK BELƏ OLUB

İndiyədək Azərbaycanda təyyarələrin ehtiyat hissələrinin idxalı üçün 0.5; 3 və 15 faiz dərəcələri ilə, sərnişinlərin təyyarəyədək daşınmasında istifadə olunan avtobusların idxalına görə isə mühərrikin hər kubsantimetrinə 0.5 ABŞ dolları rüsum ödənilib.

30 GÜN SONRA QÜVVƏYƏ MİNƏCƏK

Qeyd olunan məhsullar xaricdən gətirilərkən, 18 faizlik əlavə dəyər vergisinin tutulması davam edəcək.

Qərar dərc edildiyi gündən (yanvarın 13-dən) 30 gün sonra qüvvəyə minəcək.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG